Yaşasın Ərdoğan, yaşasın Türkiyə

16:33 08-03-2022 | icon 382 | Cəmiyyət
Yaşasın Ərdoğan, yaşasın Türkiyə

Gələcəyin inşasını Ərdoğanın təmsil etdiyi dünya ilə qurmaqdan başqa seçənək yox

 

 

YASƏMƏN QARAQOYUNLU

/AMEA-nın elmi işçisi/

 

Son dönəmlər təzə tənqidçilərim yaranıb. Orda-burda haqqımda "Ərdoğançı" kimi iftiralar uydurulur. Cavabım?

 

Erdoğan Qarabağın azad edilməsində müstəsna rol oynadı. İraqda Suriyada türkmanların sağ qalmasında gerçək duruş sərgilədi. Azərbaycanda kosmopolit demokrat partiya liderlərinin biri belə Kərkük haqqında, Suriya türkmanları haqqında danışmadığı dönəmdə Ərdoğan Suriya, İraq türkmanlarını soyqırımdan qorudu. Niyə Azərbaycanda demokrat partiya liderləri kərkükdəki soyqırımlar haqqında susurlar, susdular. Əlbəttə Səbəbini bilirəm. Çünki danışsaydılar Amerikanın xoşuna gəlməyəcəkdi. Amerikada onlara olan güvən sarsılacaqdı. Çünki bu demokrat görünmək istəyən şəxslər Amerikan kuklaları. Amerikanın İraqda Kərkükdə apardığı soyqırımlara səslərini çıxaramazdılar...

 

Nə isə. Demokrat Sizin təbirinizcə xilaskar Amerika 1 ci Qarabağ savaşında Azərbaycana 907 düzəliş sanksiyaları uyğuladı, saxta "erməni soyqırımı" qanunu daim konqresə çıxarıldı, 30 ştatı bu soyqırımı tanımaqla biz türkləri qatil millət elan etdi, kərkükdə kürd dövləti qurdu, İraqı Suriyanı Əfqanıstanı-biz türklərin kültür coğrafiyasını parça parça etdi, 150 min pkk silahlılarını Türkiyəni bölüb kürdüstan yaratmaq adına təlimatlandırdı silahlandırdı... davam edimmi?

 

Ərdoğan Baydendən Makrondan daha şəxsiyyətli daha əxlaqlıdır. Çünki ədalət uğruna imperializmi yenmək uğruna mübariizə aparır. Haqqın yanında durur. Orta doğunu Batının dizayn etməsinə qarşı çıxır, Afrikanın, Asiyanın sömürgələştirilməsinə qarşı çıxır, türk-islam coğrafiyasında barışı müdafiə edir...

 

Bütün bunlarla bərabər mən heç vaxt heç yerdə Ərdoğançı olduğumu yazmamışam.

 

Bu mənim ünvanıma söylənmiş iftiradır, yalandır. Mən heç vaxt davamı Türkiyənin içindəki (hətta Azərbaycanın içindəki) siyasi qruplaşmalara, çəkişmələrə, siyasi görüş rəqabətlərinə görə müəyyənləştirmirəm. İç mübarizələrə, siyasi qrupların rəqabətlərinə qarışmıram, mən dövlətin və millətin ideyaları uğruna çalışıram. Türk millətinin və Türkiyə, eləcə də Azərbaycan dövlətinin davası bütün parti və firqə davalarının üstündədir. Mən firqə davası aparmıram, yandaş davası aparmıram. Mən Atatürkçüyəm. Atatürk imperializmlə (oxu. İngiltərə, Fransa, İtaliya, Amerika) savaşdı və yendi. Ərdoğan da imperializmə, Batının kürəsəl hegemonyasına, sömürgəçiliyə qarşı mübarizə aparır. Bu mübarizəsindən dolayı da Ərdoğanı alqışlayıram və dəstəkləyirəm. Bu torpaqlar Türk Millətinindir. Batı da Rusiya da buradan çıxmalı, öz torpaqlarına çəkilməlidir. Bu torpaqların sərvətləri bizimdir. Sömürüləməz. Mən bunu deyirəm. Bilirəm çətindir, bilirəm böyük iddiadır, lakin imkansız deyildir...

 

Ərdoğançı deyiləm, Türkiyəçiyəm. Türkiyə bütün türklərin vətənidir. Türkiyə Turan sivilizasiyasının, türk-islam mədəniyyətinin mərkəzi gücü, təmsilçisi, qoruyucusudur.

 

Demokratiya gözəl ideyadır, ideal yaşam biçimidir, həyat tərzidir. Əlbəttə biz istəyirik ki, gələcəkdə Turan sivilizasiyasının kökündə də demokratiya ənənələri dursun. Demokratiya Batıda doğdu və kürəsəl dəyərə çevrildi. Universaldır. Lakin demokratiya inqilabla deyil, evrimlə formalaşır.

 

Bütün bunlarla bərabır, avtokrat Ərdoğan mənim üçün demokrat Makrondan və Baydendən üstündür. Avtokrat Ərdoğan mənim dünyamın, mədəniyyətimin, dəyərlərimin təmsilçisidir, mənimkidir, ayağına daş dəyməsini istəməm. Erməni soyqırımını tanıyan demokrat Makron, Bayden Xaçlı savaşlarının və zehniyyətinin təmsilçisidir, mənim üçün ötəkidir, mənim mədəniyyətimin rəqibidir, alternatividir, hətta torpağımda Ermənistan qurduğu üçün, erməni işğallarını dəstəklədiyi üçün düşmənimdir. Osmanlı, Babur, Qacar imperiyalarımı yenib, bölüb, dağıtdıqları üçün onlarla tarixi bir haqq hesabım, çəkişməm vardır. Gələcəyin inşasını Makronun və Baydenin təmsil etdiyi dünya ilə deyil, Ərdoğanın təmsil etdiyi dünya ilə qurmaqdan başqa bir seçənəyimiz yoxdur. Yaşasın Ərdoğan. Yaşasın Türkiyə.
Bu qədər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi