Qış Paralimpiya Oyunlarını çıxış etmədən başa vurdu
Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış edə bilməyib.
Milli Paralimpiya Komitəsindən Versus.az-a verilən məlumata görə, buna paralimpiyaçının son məşqində zədələnməsi səbəb olub.
Ramazanzadə isinmə hərəkətlərində xəsarət aldığı üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib. Onun hazırda özünü yaxşı hiss etdiyi bildirilir.
Qeyd edək ki, Mehman Ramazanzadə bu gün qış idman növləri üzrə yığmanın üzvü kimi xizək sürmə yarışının (kross-kantri) sprint kateqoriyasında qüvvəsini sınamalı idi. O, Azərbaycanın Qış Paralimpiya Oyunlarında yeganə təmsilçisi idi. Çıxış etsəydi, Qış Paralimpiadasında çıxış edən ilk idmançımız kimi tarixə düşəcəkdi.
Xəbər lenti
Bakının tələbi qəbul edildi
“casuslar” Ermənistandan çıxarılır...