Madriddə gərgin, Mançesterdə formal oyun

11:42 09-03-2022 | icon 592 | İdman
Madriddə gərgin, Mançesterdə formal oyun

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 komandasının adı bilinəcək.

 

Versus.Az xəbər verir ki, İspaniyanın paytaxtı Madrid və İngiltərənin Mançester şəhərində buna aydınlıq gələcək.

 

Gecənin oyunu həm komandaların adları baxımından, həm də nəticə baxımından Madrid “Real”ı ilə PSJ arasında keçiriləcək. Lionel Messinin penaltidən qolu qaçırdığı, Kilian Mbappenin 90+4-cü dəqiqədə qələbə qolunu vurduğu ilk matç hələ hər şeyin həll olunduğu anlamına gəlmir. 27 noyabr 2019-cu ildə tərəflərin bu turnirin qrup mərhələsi çərçivəsində Madriddə keçirilmiş görüşündə 2:2 hesabı qeydə alınıb. Həmin matçda fransalılar – Kərim Benzema dubl etmiş, Mbappe bir qola imza atmışdı.

 

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə çoxlarının formal xarakterli matç kimi gördüyü “Sportinq”i qəbul edəcək. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” cütün taleyini demək olar ki, həll edib. Məhz bu səbəbdən bu matçda Xosep Qvardiolanın bəzi oyunçulara istirahət verəcəyi gözlənilir. Məsələn, komandanın portuqaliyalı cinah müdafiəçisi Juau Kanseluya istirahət veriləcəyi artıq məlumdur.

 

UEFA Çempionlar Liqası

 

1/8 final (cavab oyunları)

 

9 mart

 

00:00 “Real” (İspaniya) – PSJ (Fransa)

Baş hakim: Deni Makeli (Niderland)

 

Oynamayacaqlar: Kazemiro, Ferlan Mendi (hər ikisi “Real”), Ander Erera, Leven Kürzava, Serxyo Ramos (hər üçü PSJ)

İlk oyun – 0:1

 

00:00 “Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

 

Oynamayacaqlar: Natan Ake, Juau Kanselu, Ruben Dias, Benjamen Mendi, Kalum Palmer (hamısı “Mançester Siti”), Daniel Braqansa, Mateus, Juau Palinya, Pedru Qonsalves (hamısı “Sportinq”)

 

İlk oyun – 5:0

 

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və Almaniyanın “Bayern” komandaları 1/4 finala adını yazdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI