Şamaxıda ilk oyunun tarixi və başlama SAATI

13:31 09-03-2022 | icon 351 | İdman
Şamaxıda ilk oyunun tarixi və başlama SAATI

“Keşlə” futbol komandasının “Şamaxı” adı altında eyniadlı şəhərdə keçirəcəyi ilk oyunun tarixi və başlama saatı açıqlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Şamaxı şəhər stadionunun meneceri Elşad Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv martın 18-də yeni arenada meydana çıxacaq. Hüseynov həmin gün “Şamaxı”nın Azərbaycan Premyer Liqasının XX tur matçında “Sumqayıt”ı qəbul edəcəyini bildirib. Süni işıqlandırma sistemi qurulmadığından, qarşılaşma gündüz vaxtı - saat 15:00-da start götürəcək.

 

Hüseynov hazırda stadionda son tamamlama işlərinin görüldüyünü də diqqətə çatdırıb:

 

“Çəkiliş tribunaya əks tərəfdən olacaq. Buna görə də kameralar üçün qüllə düzəldilir. Eyni zamanda ehtiyat oyunçular və hakimlər üçün skamyaları yerləşdiririk. Şəhərimizdə oyuna maraq böyükdür. Yerli sakinlər matçı səbirsizliklə gözləyirlər”.

 

Qeyd edək ki, Şamaxı şəhər stadionunun açılışı 2021-ci il noyabrın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə olub. Arena 2 200 tamaşaçı tutumuna malikdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI