“Media Reyestri artıq hazırdır”
Media İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib ki, Media Reyestri artıq hazırdır.
Onun sözlərinə görə, Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır.
N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib:
“Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilatı hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq”.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"