Ukraynadan Almaniyaya keçən Azərbaycan vətəndaşları qaçqın kamplarına yerləşdiriliblər

11:31 12-03-2022 | icon 414 | Cəmiyyət
Ukraynadan Almaniyaya keçən Azərbaycan vətəndaşları qaçqın kamplarına yerləşdiriliblər

“Ukraynada müharibədən qaçanlar arasında vətəndaşlıq mənsubiyyətinə görə Azərbaycan vətəndaşları da var”.

 

Versus.Az xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən bildirilib.

 

Qeyd edilib ki, müharibə bölgəsini tərk edənlər təkcə Ukrayna vətəndaşları deyillər:

 

“Təyyarə reysləri təxirə salındığından Ukrayandan quru yolla Polşa, oradan da Almaniyaya keçənlər arasında digər ölkə vətəndaşları da var. Onların vətəndaşlıq məsubiyyəti müəyyən olduqdan sonra ölkələrinə təhlükəsiz şəkildə qayıtmaları təmin ediləcək. Hazırda bu istiqamətdə Almaniyada olan xarici ölkə səfirlikləri ilə iş aparılır. Almaniyaya sığınanların çoxu qaçqın kamplarına yerləşdiriliblər. Bəziləri isə, alman ailələr və ya bu ölkədəki yaxınları tərəfindən qəbul ediliblər”.

 

Bildirilib ki, Ukrayna vətəndaşı olan azərbaycanlılar da Almaniyada 90 gün qanuni qalma hüququna sahibdirlər:

 

“Bir neçə gün öncə isə Almaniyadakı siyasi partiyaların funksionerləri Avropa İttifaqı ölkələrinə sığınan Ukrayna vətəndaşlarına humanitar əsaslarla bir illik yaşamaq icazəsinin veriləcəyi ilə bağlı fikirlər səsləndiriblər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi