REAL FM radiosuna direktor təyin olundu
Tanınmış jurnalist Kəmalə Onur REAL FM radiosuna direktor təyin olunub.
Versus.Az xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
K.Onur qeyd edib ki, ən yaxın zamanda yayıma başlayacaq REAL FM-in direktoru vəzifəsinə təyin edilib:
“Həmçinin artıq gələn həftədən etibarən REAL TV-də “Redaktor” verilişinin aparıcısı olaraq efirə çıxacağam”.
Qeyd edək ki, tanınmış aparıcı bundan əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi vəzifəsində işləyib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"