Afət Fərmanqızıdan yeni QALMAQAL

13:34 14-03-2022 | icon 551 | Şou-biznes
Afət Fərmanqızıdan yeni QALMAQAL

Ötən gün Xalq artisti Naibə Allahverdiyeva Xalq artisti Flora Kərimova və müğənni Afət Fərmanqızı qalmaqalına münasibət bildirib.

 

Aktrisa bununla bağlı “Instagram” hesabında paylaşım edib.

 

Naibə Allahverdiyeva ad çəkmədən paylaşımında “Ayıb olsun! Flora Kərimova Xalq artisti, xalqın sevdiyi sənətkardır. O, bir brenddir. Sən kimsən? Hansı titulun sahibisən? Xalq artisti öz sənətinin generalıdır. Sənin borcundur ona hörmət etmək. Susduqca, həddinizi aşmayın”, - deyə qeyd edib.

 

Ünvanına səsləndirilən bu sözlər Afəti hiddətləndirib. 

 

A.Fərmanqızı “Instagram” hesabında video paylaşaraq, Allahverdiyevanın ünvanına təhqiramiz ifadələr işlədib:

“Alt dodağı yer süpürür, üst dodağı göy süpürür. Bu aktrisa öz aləmində guya Xalq artisti ilə mənim polemikama münasibət bildirib. Sənin əyri fikirlərin əyri ağzın kimi əyridir. Ona görə də o fikirlərin keçərli deyil. Orada qeyd edir ki, “Sənin nə haqqı var, sənəti olan filankəsə belə sözlər deyirsən”. Bəs onun nə haqqı var ki, məni təhqir edir? Mən o təhqirləri xalqla paylaşmamışam. Məhkəmədə hamısı göstəriləcək”.

 

Xatırladaq ki, F.Kərimova Afəti məhkəməyə verib. “Mən Xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək”, - deyə F.Kərimova bildirib.

 

Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI