“Ermənistan onun ata torpaqlarımıza əkdiyi murdar toxumun məhsuludur”
Ruslan İmamquliyev: "Rusiya artıq Azərbaycan daxilində təxribatlara hesablanmış yalan mesajlarını paylaşır"
"Rusiya artıq Azərbaycan daxilində təxribatlar yaratmağa hesablanmış yalan mesajlarını paylaşır".
Bunu Versus.az-a açıqlamasında hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev Ukrayna-Rusiya müharibəsi kontekstində sosial şəbəkələr üzərindən Azərbaycanın adının müəyyən təxribatlarda hallandırılması məsələsinə diqqət çəkərkən bildirib.
Ukraynada döyüşlərdə həlak olan rus əsgərlərinin xatirəsinin Azərbaycanın Lənkəran rayonunda, üzərində rus hərbçilərinin şəkilləri olan əklil tablo ilə anılması ilə bağlı yayılan informasiyalar hər kəsin diqqətini çəkib. Həmin paylaşımda Rusiya Səfirliyi lənkəranlılara göstərdikləri bu dəstəyə görə təşəkkürünü ifadə edib.
Rusiya-Ukrayna müharibəsinin gərginləşdiyi bir vaxtda Azərbaycanın hansısa rayonunda rus əsgərinə "abidə" düzəldilməsi səhnəsi məntiqli və inandırıcı görünməsə də, belə xəbərlərin paylaşılması da təsadüfi ola bilməz.
“Azərbaycan xalqı öz birlik və bərabərliyini 44 günlük vətən müharibəsində göstərdi. Başqa dövlətlərin ərazilərində cinayətlər törətməyə meylli olan Rusiya isə belə davam edərsə parçalanmağa və məhv olmağa məhkumdur! Tarixin xronologiyasında cərəyan edən proseslərə diqqət çəksək, görərik ki, Azərbaycanın gerçək tarixi düşməni Rusiyadır. "Ermənistan" isə onun ata torpaqlarımıza əkdiyi murdar toxumun məhsuludur. Əkilən kökündən çıxarılmalı və əkən əllər biləyindən kəsilməlidir”- deyə R.İmamquliyev belə bir gərgin vaxtda Azərbaycanın bu cür təxribatlara sövq edilməsini qətiyyətlə pisləyib.
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"