Ramiz Mehdiyev AMEA-ya niyə GƏLDİ?
İstefa ərizəsini yazan Ramiz Mehdiyev bu gün saat 12-də Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasına gəlib.
“Unikal”ın əldə etdiyi məlumata görə, o, hazırda akademiyanın prezidenti vəzifəsini icra edən Arif Həşimovla və akademiyanın digər bir neçə əməkdaşı ilə AMEA prezidentinin kabinetindədirlər.
Qeyd edək ki, R.Mehdiyev ötən ay AMEA prezidenti vəzifəsindən istefa verməsi ilə bağlı ərizə yazıb.
İstefa ərizəsini yazan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasını tərk edib.
Onun AMEA-nı tərk etməsini lentə almaq istəyən şəxslərə maneə yaradılıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"