Travma psixoloqları HAZIRLANIR
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Labirintdən çıxış- travma psixoloqlarının hazırlanması” layihəsini davam etdirir.
Versus.Az xəbər verir ki, layihənin hazırlıq mərhələsinə yanvar ayından start verilib.
Təşkilat üç ali təhsil müəssisəsinə layihə ilə bağlı məlumat ünvanlayıb və psixologiya ixtisası üzrə təhsil alan sonuncu kurs tələblərini layihəyə cəlb edib.
Layihə çərçivəsində iki qrup- uşaqlara və 18 yaşdan yuxarı şəxslərə yardım göstərəcək travma psixoloqları hazırlanması nəzərdə tutulur.
Layihə çərçivəsində hər qrup üçün 10 gün, ümumilikdə 20 gün təlim keçiləcək. Əlavə 5 gün isə parkatika dövrünü əhatə edəcək.
Təlimlərə cəlb edilən mütəxəssislərin ümumi sayı 30 nəfərdir.
3 ay davam edəcək layihə Bakı şəhərəndə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin ofisində keçirilir.
Təşkilatdan verilən məlumata görə, gənc mütəxəssislərin layihəyə marağı böyükdür və peşəkar kadr hazırlığında bu qəbildən təlimləri yüksək qiymətləndirirlər. Təlim müddətində gənclərə bu sahədə ixtisaslaşma, real fəaliyyət istiqamətləri, yardıma ehtiyacı olan qruplarla işin ənənəvi xüsusiyyətləri barədə ətraflı məlumat verilir.
Layihənin nəticəsi olaraq, təlim keçmiş mütəxəssislərlə bağlı məlumatlar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, ƏSSMN yanında Sosial Xidmətlər Agentliyinə və eləcə də ərazi üzrə İcra Hakimiyyətinə göndəriləcək.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"