Baku TV-də yayımlanan “Salam Baku” verilişində Oxu.Az saytına Rusiyada blok qoyulması müzakirə olunub.
Ekspertlərin sözlərinə görə, bu qərar Rusiyanın azad medianın fəaliyyət prinsipinə ziddir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli məsələ ilə bağlı qeyd edib ki, Oxu.Az kimi peşəkar KİV qurumuna qarşı belə bir addımın atılmasının qarşılığı olmalıdır.
“Azərbaycan jurnalist təşkilatları olaraq artıq Rusiyanın müvafiq dövlət qurumlarına, eyni zamanda beynəlxalq media ictimaiyyətinə müraciətlər hazırlayırıq”, - deyə o əlavə edib.