Siyahının genişlənəcəyi

GÖZLƏNİLİR

16:19 28-03-2022 | icon 636 | KİV
Siyahının genişlənəcəyi
GÖZLƏNİLİR

Rusiya Azərbaycan KİV-lərini bloklamaqla beynəlxalq prinsipləri pozur

 

Azərbaycan jurnalist təşkilatları Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq media ictimaiyyətinə müraciət ediblər.

 

Versus.Az xəbər verir ki, müraciətdə bildirilib:

 

“Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan oxu.az xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu qərar saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən verilib. Bir müddət öncə isə analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar - Haqqin.az və Minval.az saytları barədə verilib. Növbəti günlərdə siyahının genişlənəcəyi gözlənilir.

 

“Roskomnadzor” Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi izahat vermək istəmir. Bilinən budur ki, qeyd edilən KİV-lər Rusiya-Ukrayna müharibəsi barədə müntəzəm olaraq informasiyalar yayır, müharibənin gedişatında Rusiya tərəfindən beynəlxalq normaların pozulduğunu ehtiva edən məlumatlar verirlər. Azərbaycan KİV-ləri özlərinin informasiya siyasətində reallığa söykənirlər, Rusiya-Ukrayna müharibəsini müşahidə edən legitim beynəlxalq təşkilatların hesabatlarına, o cümlədən, rəsmi qurumlara istinad edirlər. Rusiya tərəfi reallıqların KİV müstəvisində görünməsindən narahatlıq keçirməməli, öz narahatlığını sosial şəbəkə platformalarının bloklanması, KİV qurumlarının yayımına məhdudiyyətlər tətbiq edilməsi formasında büruzə verməməlidir.

 

Nəzərə almaq lazımdır ki, insanların, o cümlədən, rusdilli əhalinin həqiqəti bilmək kimi fundamental hüquları vardır. “Roskomnadzor” rus dilində həqiqətləri yayan KİV-ləri, o  cümlədən Azərbaycanın xəbər portallarını bloklamaqla söz azadlığını, plüralizm prinsiplərini pozur, demokratiyaya zidd hərəkətlər edir.

 

Qeyd etməyi zəruri sayırıq ki, Azərbaycan dövləti öz təhlükəsizliyi üçün vacib olan zamanlarda, hətta II Qarabağ savaşı - 44 günlük müharibə - dönəmində də Rusiya KİV-lərinin bloklanmasını həyata keçirməyib. Baxmayaraq ki, Rusiyanın əksər KİV-ləri 44 günlük müharibə dövründə rəqib cəbhədə yer tutaraq Azərbaycana qarşı informasiya savaşı aparırdılar.

 

Biz, Azərbaycan jurnalist təşkilatları olaraq Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə müraciət edərək, özlərinin yanlış qərarlarına yenidən baxmağa, Azərbaycan KİV-lərinə tətbiq edilmiş blokları aradan qaldırmağa çağırırıq. Eyni zamanda, beynəlxalq media ictimaiyyətinə müraciət edərək bildiririk ki, Rusiyanın yanlış, antidemokratik addımlarının durdurulması üçün həmrəylik göstərməyə zərurət yaranıb.

 

İMZALAR:

 

Jurnalistlərin Həmkarlar İttifaqı: sədr Müşfiq Ələsgərli

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu: sədri Umud Rəhimoğlu

 

Demokratik Jurnalistlər Liqası: sədri Yadigar Məmmədli

 

Azərbaycan Jurnalistlər Şəbəkəsi: Ayaz Mirzəyev

 

Parlament Jurnalistlər Birliyi (Tərəfsiz Jurnalistlər İB): sədri Elşad Eyvazlı

 

“İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətləri Jurnalistləri Assosiasiyası” İB: Fazil Abbasov

 

“İnformasiya Təşəbbüslərinə Dəstək” İB:  Hüseyznadə Cəsarət Məsləhət oğlu

 

CASCFEN (Orta Asiya-Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi):  sədri Nadir Azəri

 

Jurnalist  Araşdırmaları Mərkəzi: Seymur Verdizadə

 

Regional İnsan Hüquqları və Media Mərkəzi İB: Kazımov Xalid Vahid oğlu”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi