"5-ci kolon" ünsürlərindən tam TƏMİZLƏNMƏLİ

18:15 28-03-2022 | icon 690 | Cəmiyyət
"5-ci kolon" ünsürlərindən tam TƏMİZLƏNMƏLİ

Alp Arslan İmamqulu: “Bu, professional ordu quruculuğunun sürətlənməsini təşviq edəcək”

 

“Dünyada gedən proseslər göstərir ki, güclü silahlı qüvvələr müstəqilliyimizin əsasıdır və bunun təmin edilməsi üçün köklü islahatlara gedilməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi təhlilçi, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu regionda və dünyada davam edən gərgin dönəmdə hərbi sahədə irəliləyişlərin əldə olunması üçün tələb olunan ilkin addımlara diqqət çəkərkən bildirib.

 

A.A.İmamqulu dünyada gedən prosesləri analiz edərək bir sıra mühüm tədbirlərin görülməsini təklif edib. Ekspert ilk növbədə tam orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin artırılması və daha çox praktiki vərdişlərin aşılanması zərurətini ortaya qoyaraq bir sıra təkliflərə çıxış edib:

 

“Orta məktəblərdə fiziki hazırlıq, yetərlilik standartlarının yüksəldilməsi, xüsusən də məktəblərdə şərq döyüş idman növlərinin təşviqi önəmlidir. Eləcə də atıcılıq dərslərində simuliasiya vasitələri ilə məşqlərlə yanaşı, pnevmatik və gerçək silahlarlardan da istifadə olunması vərdişlərin qazanılması əhəmiyyətlidir. Bunun üçün Müdafiə Nazirliyinin bölgələrdəki hərbi hissələrində olan imkanlardan faydalanmaq mümkündür.

Məktəblilər arasında pentatlon, xəritə ilə hərbi səmti müəyyən etmə, silahla davranma, atıcılıq yarışları və kiçik hərbi taktiki oyunlar təşkil olunaraq, stimullaşdırma təmin edilə bilər. Bu işlərə cəlb olunan müəllimlərin xüsusi qabiliyyət imtahanlarından keçirilməsi zəruridir”.

 

A.A. İmamqulu hesab edir ki, xüsusi təyinatlı ali təhsil müəssisələrinin bir mərkəzdə, bir rəhbərlikdə birləşdirilməsi mümkündür. Onun fikrincə, ayrı-ayrı təhsil müəssisələrinin yerinə, tək mərkəzdə müxtəlif istiqamətlər üzrə fakultələrdə tədris təşkil edilə bilər. Beləliklə əlavə xərclər aradan qaldırılmış olacaq və maliyyə resurslarına ciddi qənaət edilməsi ilə daxili imkanlar hesabına təminat artırılacaq.

 

Hərbi təhlilçi hesab edir ki, Milli Müdafiə Universiteti və ona bağlı olan akademiya, məktəb və mərkəzlərdə xidmət edən professor-müəllim heyəti peşəkarlar arasından xüsusi yetərlilik imtahanları ilə seçilməklə ən yüksək kategoriyalı maaşlarla təmin olunmalıdır. Onun sözlərinə görə, eləcə də Milli Müdafiə Universitetinə bağlı akademiya, məktəb və mərkəzlərə müdavim (kursant) qəbulu, attestasiya, imtahan prosesi səffaflaşdırılmalı və keçid balları yüksəldilməlidir. Təlim və tədris müddətində müdavimlərin (kursantların) innovativ elmi və praktiki vərdişlərinin artırılması üçün strateji tərəfdaş dövlətlərlə sıx əməkdaşlıqlar edilməsi əsas meyarlardandır.

 

A.A.İmamqulu xüsusilə vurğulayıb ki, Silahlı Qüvvələr ehtimal olunan "5-ci kolon" ünsürlərindən tam təmizlənməlidir:

 

“Bununla yanaşı, rüşvət və xəyanətin qarşısının alınması üçün lazım olarsa, ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Silahlı Qüvvələrin ştat strukturuna yenidən baxılaraq daha kiçik və çevik bölmələrin yaradılması hesabına qənaətə nail olaraq, xidmət edənlərin təminatının daha da yaxşılaşdırılmasına nail olmaq olar. Bu, eyni zamanda professional ordu quruculuğunun sürətlənməsini təşviq edəcək”.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi