“Müraciətimizin cavabını gözləyirik”
Müşfiq Ələsgərli: “Dünya bildi ki, Rusiya bu cür neqativ əməllərlə məşğuldur”
“Rusiya tərəfindən Azərbaycan saytlarının bloklanması yanlış addımdır. Rusiyanın bizim bəzi saytları qapatması insanların alternativ mənbələrdən informasiyaları almaq hüququnun pozulması kimi dəyərləndirilə bilər”.
Versus.Az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Rusiyanın Rabitə İnformasiya Texnologiyaları və KİV-nə Nəzarət Federal Xidmətinin Azərbaycanın bir sıra saytlarının bloklanması faktına dair açıqlamasında bildirib.
Rusiyanın bu adımının yanlışlığını üç istiqamət üzrə təhlil edən M.Ələsgərli məsələni ilk növbədə Rusiyanın fikir, söz azadlığını, plüralizm prinsiplərini pozması faktı kimi dəyərləndirib. O, bildirib ki, istənilın xalqın, o cümlədən rusdilli əhalinin də alternativ mənbələrdən informasiya almaq hüququ var. Sadəcə Rusiya bu hüququ pozur.
Media eksperti hesab edir ki, Rusiyanın Azərbaycan saytlarını bloklayarkən atdığı yanlış addımlardan biri də Ukrayna-Rusiya müharibəsi barədə Azərbaycan mediasının yaydığı həqiqətlərin qarşısını almaq məqsədi ilə atılıb:
“Həqiqət budur ki, Rusiya işğal məqsədi ilə Ukrayna ərazisinə daxil olub, heç bir hərbi hüquqa sığmayan qaydasız müharibə aparır. Azərbaycan saytları isə beynəlxalq hüquqa uyğun olaraq Ukraynada olan əməkdaşlarının, repartyorlarının məlumatlarını, eyni zamanda beynəlxalq təşkilatların Ukrayna müharibəsi ilə bağlı hesabatlarını öz səhifələrində dərc edirlər. Azərbaycan KİV-ləri qeyri-rəsmi heç bir məlumat vermir. Beynəlxalq KİV-lərin hesabatlarında nə varsa, Azərbaycan KİV-ləri də onu dərc edirlər. Yəni hərbi meydanda gözlə nə görünürsə, onlar yazılır. Burda Rusiyaya qarşı bir qərəz, hər hansı bir kampaniya yoxdur”.
M.Ələsgərli 44 günlük müharibənin gedişatı dövründə Rusiya KİV-lərinin Azərbaycana qarşı hansı informasiya savaşı aparmasına diqqət çəkib. O, hətta o zaman Azərbaycanın Rusiya KİV-lərini bloklamadığını xüsusilə vurğuladı:
“Rusiyanın bu cür əks adım atması gözlənilən hadisə deyildi. Buna baxmayaraq, Rusiya Azərbaycandan çox özünə ziyan vurmuş olacaq”.
M.Ələsgərli dünən Mətbuat Şurasının Azərbaycanın Media təşkilatları adından Rusiya Federasiyasının əlaqədar dövlət qurumlarına və beynəlxalq təşkilatlara, media ictimaiyytinə müraciətlər etdiyini bildirib:
“Artıq bütün dünya bildi ki, Rusiya bu cür neqativ əməllərlə məşğuldur, antidemokratik addımlar atır. Bu, Rusiyann imicinə yaxşı nələrsə vəd etmir. Rusiya belə davam etdirərsə, Azərbaycandan da ona adekvat cavablar verilcək. Azərbaycan da eyni qaydada Rusiyanın saytlarını, televiziyalarını bloklaya bilər. Bu da Rusiya üçün heç də məqbul deyil. Nəzərə almalıdılar ki, bu gün dünya Rusiyaya qarşıdır. Rusiya bu cür yanlış hərəkətlərlə qonşu, dost dövlətləri özlərinə qarşı çevirməsinlər. Biz beynəlxalq təşkilatlara etdiyimiz müraciətin cavabını gözləyirik. Görək Rusiya tərəfi buna necə reaksiya göstərəcək”. /hafta.az/
T.Qafarlı
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"