“Məhz o zaman soyqırım qurbanlarının qisası alınacaq”

17:17 31-03-2022 | icon 677 | Cəmiyyət
“Məhz o zaman soyqırım qurbanlarının qisası alınacaq”

Alp Arslan İmamqulu: “İravana köçürülən ermənilər əzəli torpaqlarımızda özlərinə dövlət qurdular, insanlarımızı qətlə yetirdilər”

 

“Adekvat cavab olaraq tarixi haqsızlığa son qoyulmalı və İravan Xalq Cümhuriyyətinin qurulması istiqamətində qətiyyətli addımlar atılmalıdır. Ermənistanda yeni bir dövlətin qurulması oradan didərgin salınmış milyonlarla soydaşımızın öz yurdlarına qayıtmasına, həm də o ərazilərdə yaşayan ermənilərin terrorçu siyasi iradə və düşüncədən qurtuluşuna və regionda sülhün təminatına vəsilə olacaqdır”.

 

Versus.Az xəbər verir ki, bunu 31 Mart soyqırımının tarixi faktlarına əsaslanaraq hansı adekvat addımların atılması ilə bağlı açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu bildirib.

 

Hərbi analitik erməni faşistlərinə qarşı müasir Azərbaycanın apardığı haqq savaşının zəfərinə diqqət çəkərək, bu istiqamətdə hələ də həllini gözləyən məsələlərin qaldığını xatırladıb. Onun fikrincə, ermənilərin 104 il əvvəl bolşevik havadarları ilə birlikdə azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırım faktı bizi tariximizə nəzər salıb bir daha düşünməyə vadar edir:

 

“2020-ci ildə ərazilərimizi işğalçılardan azad etməyə nail olsaq da, ata-babalarımızın qanı ilə yoğrulan o tarixi torpaqlarımız, mirasımız hələ də düşmən tapdağı altındadır.

1828-ci ildə əzəli torpağımız olan İravana köçürülən ermənilər Azərbaycanın əzəli torpaqlarında özlərinə dövlət qurmağa nail oldular. Andraniklərin, şaumyanların rəhbərliyi ilə minlərlə insanımızı qətlə yetirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhədlərimiz içərisində olan Qərbi Zəngəzurda yüzlərlə kəndi yandırıb vətəndaşlarımızı diri-diri çuxurlara basdırdılar. 1920-ci ildə sovet işğalına məruz qalmış Azərbaycandan Zəngəzuru qanunsuz olaraq qoparıb Ermənistana birləşdirdilər.Yurdumuza köçürülən bu murdar tayfa hər keçən gün daha yeni ərazilər işğal etmək üçün dayanmadan təxribatlara əl atdı. Məkirli imperialist qüvvələrin Qafqaz siyasətinin nəticəsi 31 Mart soyqırımı və tarixi torpaqlarımızın qoparılması oldu...”

 

A.A.İmamqulu 31 Mart soyqırım günündə bütün şəhidlərimizi hörmətlə anaraq, “Bir kərə yüksələn Bayraq bir daha enməz”, - nidaları ilə O qisasın alınacağına inandığını bildirib. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi