Saytların bloklanmasında ERMƏNİ ƏLİ?

08:10 01-04-2022 | icon 790 | KİV
Saytların bloklanmasında ERMƏNİ ƏLİ?

Zeynal Məmmədli: “Olsa belə, Rusiyanın tərkib hissəsi kimi qəbul etməliyik”

 

“Hətta burda bir erməninin əli varsa, bunu da Rusiyanın tərkib hissəsi kimi qəbul etməliyik. Onları milli, etnik rənginə görə Rusiyadan ayırmağımız mənasızdır. Əgər Rusiyada Azərbaycan saytlarının bağlanmasında ermənilərə dözürlərsə, deməli dövlət maraqları erməni əsilli vətəndaşların belə davranmasına imkan yaradır”.

 

Versus.Az xəbər verir ki, bunu media eksperti Zeynal Məmmədli Rusiyada Azərbaycana qarşı olan əks çıxışların, eləcə də saytların bloklanmasında erməni əlinin olması ehtimalları ilə bağlı açıqlamasında bildirib. Z.Məmmədli Azərbaycan saytlarının bloklanması səbəblərinə diqqət çəkərkən, məsələyə “Rusiya ictimaiyyəti Azərbaycan mediasını oxuyurmu” məntiqi əsasında yanaşmaqla aydınlıq gətirib.

 

Media eksperti Azərbaycan medaisının Rusiya auditoriyasında yüksək oxucu kütləsinə malik olduğunu istisna edib. Onun fikrincə, Azərbaycan mediasını heç öz auditoriyamız oxumadığı halda, Rusiya ictimaiyyətinin oxuması inandırıcı deyil. Buna baxmayaraq, ekspert hesab edir ki, hətta Rusiyada oxumasalar da, hökumət hər ehtimala qarşı verilə biləcək informasiyaları bloklamış olur:

 

“Azərbaycan mediasını ən azı Rusiyanın Azərbaycanla məşğul olan bəzi şəxsləri, təşkilatları oxuya bilər. Azərbaycanda isə  Rusiya mediasına münasibətlərin necə olduğunu bilmək üçün  Sputnik.az gözəl göstəricidir”.

 

Z.Məmmədli hesab edir ki, Azərbaycan tərəfi bunun cavabında yalnız öz işini görməyə davam etməli, əhalini doğru-dürüst məlumatlandırmalıdır:

 

“Rusiya öz ictimai rəyini dolğun məlumatlandırmaqdan çəkinir. İstər-istəməz Ukraynadakı vəziyyət Azərbaycan saytlarında da işarır. Ukraynada müharibə aparır və əhalisinin gerçəkləri bilməsini, bu miqyasda təklənməsini gizlətmək istəyir. Ona görə də Azərbaycan saytlarını bloklayır.

Azərbaycan kiçik bir dövlətdir və Rusiyadan maksimum qorunan bir xətt yürütməlidir. Amma Rusiyanın kim olduğunu, nəyə can atdığını unutmamalıyıq. Belə təbliğat şansı verilən yerlərdə ən yaxşı hal doğru məlumat verməklə öz işini görməkdir. Amma çox təəssüf ki, çığır-bağır, qışqırıqdan başqa mediamızda öyünəsi bir şey görmürəm”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi