Bələdiyyələr yeni sistemlə idarə edilə bilər
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasını təklif edib.
Versus.Az xəbər verir ki, S.Novruzov Milli Məclisin iclasında deyib ki, işğaldan azad edilmiş ərazilərdə bələdiyyələr formalaşsa, 500-ə yaxın yeni bələdiyyə olacaq.
Ümumilikdə isə Azərbaycanda hazırda 1 600 bələdiyyə var.
Deputat qeyd edib ki, bələdiyyələrin və onların üzvlərinin sayı azaldılmalıdır.
“Təklif edirəm ki, ilkin olaraq, Gəncə, Sumqayıtdakı şəhər bələdiyyələri əsasında vahid bələdiyyə sistemi yaradılsın. Effektli olarsa, Bakı Böyük Şəhər bələdiyyəsinin yaradılması məsələsinə baxıla bilər”, - deyə komitə sədri əlavə edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"