“Allahın qəzəblə əlaqəli adı və sifəti yoxdur”

18:20 06-04-2022 | icon 449 | Cəmiyyət
“Allahın qəzəblə əlaqəli adı və sifəti yoxdur”

Elşad Miri: “Tövbə qapısı da ölüm anına kimi açıqdır”

 

“Biri deyir məhərrəmlikdə toy etmək olmaz, digəri may ayının ağır olduğunu iddia edir... Bu, dar düşüncənin ağızdan çıxan ifadələridir. Həmin günlərdə baş verən bədbəxt hadisənin də belə «qiymətləndirirlər». Kimin necə və hansı formada öləcəyini heç kim bilməz. Bu cür iddia sahiblərinin ölüm anına kimi eyni düşüncədə qalacağına da zəmanət yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu dinşünas Elşad Miri Səbail rayonu ərazisində yerləşən"Location" gecə klubunda baş vermiş partlayışla bağlı xəsarət alanların “Allahın qəzəbi”nə gəlmələri  ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı açıqlamasında bildirib.

 

E.Miri bildirib ki, hadisə ilə bağlı "Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi", demək vicdanlı insanın sözü deyil:

 

 “Bu hadisə Ramazanın 2-ci və ya 3-cü günü baş versəydi, nə deyəcəkdilər? Ramazan ayında Ukraynada baş verənlərə nə deyəcəklər? Yaxud bu ayda müxtəlif məkanlarda əyləndikləri halda heç bir hadisə baş verməyənlərə o zaman haqq qazandıracaqlar?”

 

E.Miri bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə məlumat üçün qeyd edib ki, Allahın qəzəblə əlaqəli adı və sifəti  yoxdur:

 

“Allahı qəzəbləndirənlər ən böyük zülm olaraq Ona ortaq qoşanlardır. Başqalarına böhtan atanlardır. Öz fikirlərini Allaha istinad edənlərdir. Onun mesajlarını dəyişdirib təqdim edənlərdir (“Bəqərə” surəsi, 2/79; “Ali-İmran” surəsi, 3/78)”.

 

Dinşünas gecə klubunda baş verən partlayışın dinlə əlaqələndirilməsini yanlış sayıb:

 

“İnsanlar necə əylənəcəklərinə özləri qərar verirlər. Allah insanlara Ona güvənib yaşamaq və ya inkar edib yaşamaq seçimini verib. Yaddan çıxarmayaq ki, günahsız insan yoxdur. Tövbə qapısı da ölüm anına kimi açıqdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...