Sabiq deputat CƏZALANDIRILDI

11:40 07-04-2022 | icon 375 | Cəmiyyət
Sabiq deputat CƏZALANDIRILDI

Milli Məclisin sabiq deputatı Nəriman Əliyevin “Ştutqart” şirkətinə inzibati protokol yazılıb.

 

Demokrat.az xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 221.3-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin baxış iclasının aprelin 19-na təyin edilib.

 

Qeyd edək ki, daha əvvəl Milli Məclisin sabiq deputatı, “Ştutqart” şirkətinin sahibi Nəriman Əliyevin Bakının Nərimanov rayonu ərazisində ağacları qanunsuz kəsdirməsi faktı ilə bağlı cinayət işi açılıb.

 

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat və vətəndaş müraciəti əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma başa çatıb.

 

Müəyyən edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10c ünvanında “Ştutqart” MMC-nin qanuni təmsilçisinin xüsusi mülkiyyətinə verilən qeyri-yaşayış təyinatlı torpaq sahəsində həmin şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində meşə fonduna daxil olmayan müxtəlif diametrli 21 ədəd şam və sərv cinsli ağaclar qanunsuz kəsilərək götürülüb və bununla da külli miqdarda, yəni 11 min manat məbləğində ziyan dəyib.

 

Toplanan material üzrə Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

 

Qeyd edək ki, Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...