“Azəriqaz” sədrindən VACİB AÇIQLAMA

14:14 08-04-2022 | icon 506 | İqtisadiyyat
“Azəriqaz” sədrindən VACİB AÇIQLAMA

“Sayğac dəyişmə üzrə hər-hansı plan və məcburiyyət qoyulmayıb ki, hansısa abonentin sayğacı məhz filan gün dəyişdirilməlidir. Əməkdaşlarımız arasında töhmət alan 300 nəfər məhz bu səbəbdən cəzalandırılıb”.

 

Versus.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev abonentlərin xəbəri olmadan sayğacların dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, kifayət qədər dəyişiləsi, eləcə də dövlət yoxlanılmasına getməli olacaq 800-ə yaxın sayğac var:

 

“Bu gün o sayğaclar dövlət yoxlanılmasına getməlidir. Bizim texniki heyət sayğac dəyişdirilməsi ilə bağlı prosesdə iş planını abonentlərin iş saatlarına uyğun tənzimləməlidir. Razıyam ki, təəssüf ki, bu hallar var. Bu hallara qarşı da biz ciddi tədbirlər görürük. Çünki sayğacın çıxarılması abonentin iştirakı ilə həyata keçirilməyibsə, sayğacdakı hər-hansı qüsur və digər məsələlər heç bir halda təsdiqini tapmayacaq. Əgər sayğacda hansısa qüsur varsa və “Azəriqaz” İB-yə ziyan vurulubsa, ona dəymiş ziyan hesablanarsa, sənədə baxılır. Həmin sənəddə abonentin sayğac çıxarılan zaman iştirakının olub-olmamasının imza ilə təsdiqinə baxılır. Əgər olmayıbsa, artıq məhkəmə qərarı qurumun əleyhinə çıxır, ümumi bizim işimizə də problem yaradır. Ona görə biz özümüz də maraqlıyıq ki, sayğac dəyişdirilməsi zamanı abonentin iştirakı mütləq təmin edilsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI