İnsan alveri ilə mübarizə sahəsində insanlar nə qədər məlumatlıdır?
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB layihə çərçivəsində sorğu keçirib
“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə qiymətləndirmə amili və onun əhəmiyyəti” layihəsini həyata keçirib.
Versus.Az xəbər verir ki, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” adlı layihənin icra planına uyğun olaraq, 7-9 aprel tarixlərində Xaçmaz rayonunda İnsan alveri ilə mübarizə sahəsində insanların məlumatlılığını öyrənmək məqsədilə sorğu keçirib.
Qeyd edək ki, təşkilat eyni zamanda sorğunun həyata keçirilməsində xüsusi fəallıq göstərən Xaçmaz rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ilə birlikdə potensial qurbanların rayon ərazisində ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə mübarizəyə dair dövlət qurumları və QHT-lər tərəfindən çap olunmuş faydalı nəşrləri və təşkilat tərəfindən hazırlanmış 2022-cil il istehsalat təqvimlərinin paylanılmasını həyata keçirib.
Vüqar Şahinoğlu
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"