50-dən üzü 51-ə yol alan Kənan Xiyalov
"Mərhəmətliliyin, xeyirxahlığın insana güvən verir"
Bu gün öz işini sevən, işinin peşəkarı olan, Azərbaycan dövlətçiliyini hər zaman öndə tutan, xeyirxah, yardımsevər əməlləri ilə ətrafını özünə sevdirən Kənan Xiyalovun 50 yaşı tamam olur. Kənan Xiyalov Marketinq və ümumi reklam işləri üzrə mütəxəssisdir. Onun xeyirxah əməl sahibi olması ətrafı tərəfindən rəğbətlə qarşılanır, dəyərləndirilir.
Versus.Az Kənan Xiyalovu doğum günü münasibətilə təbrik edən YAP üzvü, Xətai rayon icra hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Sabunçu Gənclər Evinin üzvü və könüllüsü, Ümid Yeri Xeyriyyə Cəmiyyətinin üzvü Fərid Şərifovun təbrikini təqdim edir:
“Mənim əziz əmim Kənan Xiyalov, siz o qədər xeyirxah, dövlətçiliyə sadiq, Azərbaycanı canı qədər sevən bir insansınız ki, sizi çox istəməmək mümkün deyil. Yaxşı ki, varsınız və ətrafınıza insanlıq nümunəsi göstərirsiniz.
Mən yubileyiniz münasibətilə sizə uzun ömür cansağlığı, sağlam və xoşbəxt həyat arzulayıram. Siz mənim sözün əsl mənasında Kənan əmimsiniz. Hər zaman var olun, üzünüz hər zaman gülsün. Allah sizi, ailənizi qorusun. Sizin kimi insanlar çox olsaydı dünyamız necə də gözəl olardı.
Əziz Kənan əmi, arzu edirəm ki, həyatınız özünüzün arzuladığınız, istədiyiniz kimi keçsin. Siz mənim doğmamsınız. Mərhəmətliliyiniz, xeyirxahlığınız insana güvən verir.
Var olun. Yeni yaşınızda sizə bol-bol uğurlar arzulayıram”.
P.S. Təbrikə Versus.Az İnformasiya Agentliyinin kollektivi də qoşulur.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"