Aprelin 3-də Bakıda gecə klubunda baş verən partlayış dörd nəfərin ölümünə səbəb oldu, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Bundan başqa, yaxınlıqdakı obyekt və avtomobillərə də ciddi ziyan dəyib.
Belə ki, bir mənzil, iki qeyri-yaşayış obyekti, eləcə də 14 avtomobil partlayış dalğasına məruz qaldı.
Hadisə zamanı zərərçəkənlərdən biri şifahi olaraq bildirib ki, dəyən ziyan müqabilində ona hələ heç bir maddi yardım və ya ödəniş olunmayıb.
Belə olan halda sual yaranır ki, bu və ya oxşar hadisələr zamanı sahibkarlara dəyən ziyanı hansı qurum qarşılamalıdır?
Daha ətraflı Baku TV-nin süjetində: