Yeddi övlad anası KOMADA

18:46 11-04-2022 | icon 347 | Cəmiyyət
Yeddi övlad anası KOMADA

Beyləqanda 81 yaşlı arvadını çəliklə döyərək komaya salan 1940-ci il təvəllüdlü Nuru Həsənov məhkəmə qarşısına çıxarılıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktla bağlı Nuru Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Qeyd edilib ki, əri tərəfindən döyülən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti artıq stabilləşir.

 

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun verdiyi məlumata görə, yaşlı qadın koma vəziyyətindən çıxıb. Hazırda müalicəsi davam edir.

 

Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olublar. Ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri bildiriblər ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə onun öz çəliyi ilə döyüb.

 

Rəsmi məlumata görə, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...