"Ermənistan Azərbaycanla sülh istəmir"
Hasan Oktay: "Ermənistana qarşı müharibə yox, təmizləmə əməliyyatı olmalıdır"
“Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülh sazişi imzalanmadan bölgədə sülhün olması mümkün görünmür. Ermənistan bu məsələnin üstündə qalmaq istəmədiyindən və yeni müharibəyə girməsi çox çətin olduğundan məsələni BMT Təhlükəsizlik Şurasına çıxarıb. Əslində, hətta bu proses öz-özünə Qarabağla bağlı müzakirələri artırır, həll olunmayan məqama gətirib çıxarır. Əvvəlcə problem yaranır, sonra siyasiləşir”.
Versus.Az xəbər verir ki, bunu Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay ermənilərin BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı açdığı müzakirələrə diqqət çəkərkən bildirib.
Hasan Oktay qeyd edib ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr sülh müqaviləsi ilə Qarabağda məskunlaşan Rusiya sülhməramlı qüvvələri bölgəni tərk etməmək üçün hər cür təxribatlara əl atırlar.
Ekspert hesab edir ki, Azərbaycan torpaqlarını silahlı yaraqlılardan azad etmək üçün əməliyyata başlaya bilər. Bu əməliyyat Ermənistana qarşı müharibə yox, daha çox öz ərazisində separatçı silahlı birləşmələrdən təmizləmə əməliyyatı olmalıdır:
“Avropa Birliyinin BMT Təhlükəsizlik Şurasında Ermənistanın tərəfində durması fonunda Qarabağ problemi beynəlmiləlləşdirilərsə, bundan sonra status müzakirəsi gündəmə gələ bilər. Bu, Türkiyə və Azərbaycan üçün məqbul deyil. Türkiyə, Rusiya, Azərbaycan bu məsələni Moskva ilə ən ətraflı şəkildə müzakirə edib prosesə başlamalıdır”.
Tahirə Qafarlı
Xəbər lenti
"Minatəmizləmə ilə bağlı film çəkilsin!"
"Hazırda görülən işlərin gələcək nəsillərə çatdırılması..."