"Ölkəmiz mədəniyyətlərarası, dinlərarası sivilizasiyaların təmas mərkəzinə çevrilib"

10:27 14-04-2022 | icon 532 | Cəmiyyət
"Ölkəmiz mədəniyyətlərarası, dinlərarası sivilizasiyaların təmas mərkəzinə çevrilib"

 

 

“Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə islam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər Azərbaycan dövlətinin bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Eyni zamanda Prezidentin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının göstəricisidir”

 

Versus.az xəbər verir ki, bu barədə AMEA -ı Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı bildirib.

 

S.Talıblı  ulu öndərin fərmanı ilə ölkəmizdə Dini Qurumlar üzrə Dövlət Komitəsinin yaradılması tarixinə toxunaraq Komitənin qarşısında duran əsas vəzifələrə diqqət çəkib. Onun sölərinə görə, Komitənin vəzifələri sırasında yer alan -dini etiqadın təmin olunması, dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini idarə və qurumların, dinlə bağlı müəyyən konfessiyaların qeydə alınması, dini təhsillə bağlı məsələlər və  sair bu kimi elementlər Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində mühüm addımların atılmasına bariz nümunədir.

 

S.Talıblı tarixən ölkəmizdə dinə münasibətdə yüksək  etimad münasibətinin sərgilənməsinə diqqət çəkib. O, bir vaxtlar Bakı Dövlət Universitetinin tabeliyində İlahiyyat İnstitunun yaradılmasını təsadüfi hal kimi qeyd etməyib.

 

“2018-ci  il fevralın 9-da Azərbaycan Prezidentinin sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. Burda əsas məqsəd  Azərbaycanda dini təhsil siyasətinin dövlət tərəfindən idarə olunması, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi və xarici ölkələrdə dini təhsil alan gənclərin orada müxtəlif qurumların, idarələrin təsiri altına düşməməsi baxımından da son dərəcə önəmlidir.  Bu, bizim inanclarımız, digər məzhəblər, təriqətlər, digər dinlərarası tolerant mühitin yaranması baxımından da önəmlidir. Eləcə də islam, xristian, yəhudi dinlər, eləcə də digər dini cərəyanlar arasında barışın, sülhün elmi əsaslarla öyrənilməsi, ənənəvi olaraq Azərbaycanda olan xalqlararası, dinlərarası müxtəlifliyin, birgə yaşayışın qorunması baxımından da çox önəmlidir. Bu baxımdan ölkə rəhbərimiz hər zaman bu konfessiyalara dəyər verib və ölkəmizdə islam dini və digər dini etiqadda olan insanlara qayğı və diqqət göstərib. İlahiyyat İnstitunun açılması onu göstərir ki, Azərbaycan dövləti, Prezidenti  ölkədə dini təhsil alan, bu sahədə çalışanların sosial təminatlarının təminatı, müasir elmi texnologiyalardan yararlanmasında maraqlıdır”.

 

 

S.Talıblı tarixi faktlara istinadən qeyd edib ki, Azərbaycanda qədim vaxtlardan bu günə qədər dinlər, millətlər arasında birgə yaşayış mühiti olub. Onun sözlərinə görə, tarixən əgər Azərbaycanın cənub hissəsi Zərdüştlük dininə sitayiş edibsə, şimal hissəsində hər zaman xiristianlıq dini rol oynayıb.

“İslam dini yayıldıqdan sonra Azərbaycanda eynilə xristian dininin nümayəndələrinə də ehtiram, izzət olmuşdur. Bu, bizim qurduğumuz qədim dövlətlərdə, sultanlıqlarda, xanlıqlarda da mövcud olub. Biz bunun nümunələrini qeyd olunan sənədlərdə, faktlarda, kitablarda görürük. Azərbaycanda olan kilsələrin qorunmasına baxdıqda dini inancların hansı tolerant, dini etiqad azadlığı müstəvisində idarə edilməsini görürük.  Bu gün beynəlxalq aləmdə Azərbaycanı əbəs yerə multikulturalizmin və dinlərarası, millətlərarası, svilizasiyalararası, dialoqun təmasın olduğu ölkə kimi qeyd etmirlər. Son illər Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini ayrıseçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühitinin çox yüksək səviyyədə olduğu bir daha üzə çıxır. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası sivilizasiyaların təmas mərkəzinə çevrilib. Avropa ölkələrində dinlərarası münaqişələr yaransa da, təbii ki, biz bunu Azərbaycanda görmürük. Azərbaycan xalqının bu məsələdə öz ənənəsi var. Azərbaycan dövləti də bu prosesin tənzimlənməsində, qanunvericilik bazasının yaradılmasında maraqlıdır. Bu, bizim xalqımızın ənənəsindən gələn qanuna çevrilmişdir”.

 

S.Talıblı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələri inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət dinlərin dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq edir. O, bildirib ki, Ulu Öndərin memarı olduğu Azərbaycan dövlətinin cızdığı yolu bu gün prezident  İlham Əliyev uğurla həyata keçirir.

“Prezdent ölkəmizdə milli-mənəvi dəyərlərə diqqət və hörmətini, xalqlar arasında qarşılıqlı əlaqələrə, dilərarası müxtəlifliyi olan xalqların nümayəndələri ilə görüşlərində, dinlərin, adətlərin qorunmasında dövlət rəhbəri  olaraq maraqlı olduğunu daim bildirib. Biz Azərbaycanın qəbul etdiyi qərarlarda hər zaman ölkənin turizm potensialının inkişaf etdirilməsində digər xalqların ənənələrinə hörmət olunmasına şahid oluruq. Azərbaycanın dövlət müstəqilliyi uğrunda şəhid olan ləzgilər, ruslar, yəhudilər və digər etnik xalqların nümayəndələrini gördük. Bu da ondan irəli gəlir ki, Azərbaycanı onlara vətən edən qanunlarımız var, Azərbaycan xalqının istiqanlılığı var. Bu da Azərbaycan prezidentinin apardığı daxili xarici siyasətin, dinlərarası, millətlərarası uğurlu siyasətin bariz nümunəsidir. Azərbaycanda istər islam dini abidələri, məscidləri, ziyarətgahları, türbələri, eləcə də xristianlığa, yəhudilərə və yaxud digər başqa dinlərə məxsus məbədlər, ziyarət ocaqlarının, tarixi memarlıq abidələrinin təmiri dövlət rəhbərliyi tərəfindən aparılır. Bu gün Məscidlər bərpa olunur, yeni Məscidlər tikilir. Hətta işğal zamanı dağıdılmız Məscidlərin, xiristian məbədlərinin bərpa edilməsi, tarixi  abidəllərimizn bərpa olunması da göz önündədir. Bütün bunlar Azərbaycan dövlətinin dini tolerantlığının bariz nümunəsidir”. (hafta.az)

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...