Din xadimlərinə göstərilən maddi dəstək ARTIRILDI

13:51 14-04-2022 | icon 574 | Cəmiyyət
Din xadimlərinə göstərilən maddi dəstək ARTIRILDI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən şəxslər qismində din xadimlərinə göstərilən maddi dəstəyin artırılması məqsədilə Fondun Himayəçilik Şurasının iclası keçirilib.

 

Fonddan Versus.az-a verilən məlumata görə, Şura ölkədə bütün sahələrdə əməkhaqları və digər müavinətlərdə olan artımı rəhbər tutaraq, rəsmi təyinatı olan din xadimlərinə göstərilən maddi dəstəyin məbləğinin 20 % artırılması haqqında qərar qəbul edib.

 

Belə ki, rəsmi təyinat almış din xadimlərinə göstərilən maddi dəstək müvafiq olaraq imamlar üçün 630 manatdan 756 manata, imam müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350 manatdan 420 manata qaldırılıb. Qərara əsasən artım cari ilin yanvar, fevral və mart aylarına da şamil edilməklə din xadimlərinin bank hesablarına köçürülməyə başlanılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...