İlk HƏRRAC
Qarabağ atlarından ikisi hərracda satılıb.
Versus.Az xəbər verir ki, Azərbaycanda ilk dəfə bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılıb.
Hərracda dördyaşar (2018-ci il), erkək cinsli “Sahil” adlı at start qiyməti 5 000 olmaqla hərraca çıxarılıb və 5 500 manata satılıb.
“Sahil” atını Tərtər bölgəsində təsərrüfatla məşğul olan Habil İbrahimov alıb.
“Zilaxar” adlı at isə hərracda 7500 manata satılıb. Dördyaşar (2018-ci il), erkək cinsli “Zilaxar”ın start qiyməti 7000 manat idi.
At təmiz cinsdir, ata adı Ulduz, ana adı Sürməlidir.
“Zilaxar” 55 km/saat sürətlə qaçmaq bacarığına sahibdir ki, bu da onu ən sürətli atlar sırasına salır.
“Zilaxar” atını həvəskar atçı olan sahibkar Orxan Qardaşxanov alıb.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”