“Sputnik Azərbaycan” bağlanmalıdır”

15:42 16-04-2022 | icon 619 | KİV
“Sputnik Azərbaycan” bağlanmalıdır”

Natiq Miri: "“Sputnik” media adına Rusiyaya işləyən bir casus şəbəkəsidir"

 

Son zamanlar Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyanın Azərbaycana qarşı apardığı təxribatlar böyük bir planın tərkib hissəsi kimi üzə çıxmağa başlayıb. Ölkə ictimaiyyəti bunun qarşısının vaxtında alınmazsa, ciddi fəsadlar verəcəyindən narahatdır. Çünki Marqaritanın birbaşa əlindən su içən “Sputnik Azərbaycan” adlı bir qurum Bakının mərkəzində fəaliyyət göstərir.

 

Hətta onun rəhbərliyinə Abxaziyadan separatçı çalışmaları ilə tanınan birisi də rəhbər gətirilib.

 

Versus.Az xəbər verir ki, politoloq Natiq Miri bildirib ki, Azərbaycanın maraqlarına cavab verməyən “Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməlidir:

 

“Heç kimə sirr deyil ki, “Sputnik” bütün dünyada fəaliyyət göstərən media adına Rusiyaya işləyən bir casus şəbəkəsidir. Azərbaycanda da onların həm media, həm də mədəniyyət mərkəzləri adı altında fəaliyyət göstərən ciddi casus şəbəkəsi var. Burada zaman-zaman “5-ci kolon”un müxtəlif üzvləri görüşür, konkret tədbirlər keçirir və Azərbaycanın əleyhinə olan məsələləri müzakirə edirlər. Onların ölkəmizdə meydan sulamalarına göz yummaq olmaz. “Sputnik Azərbaycan”ın  Azərbaycanda fəaliyyətinə son qoyulmalıdır. Çünki onlar Azərbaycanın əleyhinə işləyir. Simonyan deyir ki, Qarabağ Rusiyaya birləşdirilməlidir. Belə bir insanın rəhbəri olduğu strukturun filialının Azərbaycanda fəaliyyətini davam etdirməsinə necə göz yuma bilərik?”

 

Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, “Sputnik”lə bağlı məsələyə dövlət səviyyəsində baxılmalıdır:

 

“Marqarita Simonyanın bu cəfəng açıqlaması gülünc doğurur. Ukrayna ordusunun zərbəsilə Qara dənizin dibinə enən “Moskva krayseri” də Simonyan kimi artıq heç nəyə yaramır. Simonyanı biz özümüz də elə Qarabağa birləşdirəcəyik. Gətirəcəyik ora və orada Azərbaycan əsgərindən üzr istəyəcək. Onda o anlayacaq ki, başqasının torpağını kiməsə vermək nə deməkdir. Çünki şəhid olan Azərbaycan əsgərlərinin ölümündə Simonyan kimi tərbiyəsizlərin, faşistlərin böyük rolu var. “Sputnik”lə bağlı məsələyə dövlət səviyyəsində baxılmalıdır. Hər halda dövlət bu məqamları diqqətə almalıdır”. /Bizim.Media/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI