Gəncədə Dəhşət

10:30 19-04-2022 | icon 400 | Cəmiyyət
Gəncədə Dəhşət

Gəncədə qadın körpəsini başqasına verərək, “uşağa bax, pulunu verəcəyəm” deyib və bundan sonra yoxa çıxıb.

 

Versus.Az xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, problem “Səni axtarıram” proqramında yayımlanıb.

 

O bildirib ki, uşaq proqram əməkdaşları tərəfindən efirə gətirilib və balacanın anası axtarılır. 

 

K.Ağazadə proqram boyu daha dəhşətli iddiaların ortaya çıxdığını da deyib:

 

“Ən acınacaqlı hallardan biri gələn zənglər arasında axtarılan “ananın” bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpəni aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Yasamal Rayon Polis Şöbəsinin 28-ci Polis Bölməsinə məlumat verilsə də, aktlaşdırmaq üçün ARB kanalına gəlməkdən imtina edildi”.

 

K.Ağazadə onu qeyd edib ki, ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib:

 

“Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu “anaları” tapıb səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə, o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI