“Müzəffər Azərbaycan” - KİTAB TƏQDİMATI
AMEA Milli Azərbaycan Tarixi Muzeyində İsrail Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair Mixail Salmanın “Müzəffər Azərbaycan” kitabının təqdimat mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, kitabda Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə həsr olunmuş şeirlər yer alıb.
M.Salman həm də “Azərbaycan eşqi ilə” adlı şeir toplularından birinin müəllifidir. Şairin şeirləri İsrail, Azərbaycan, Ukrayna, Amerika və Almaniyanın dövri mətbuatında dərc olunur.
Tədbir Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunub.
Kitabın təqdimat mərasiminə deputatlar, İsrail-Azərbaycan Beynəlxalq “Azİz” Assosiasiyasının üzvləri, Azərbaycan elm və mədəniyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, şairin dostları və yaxın tanışları dəvət olunublar.
Tədbiri “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Mixail Salmanın həyat yoldaşı Yeganə Salman açıb.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, nuzeyin icraçı direktoru, dosent Fərhad Cabbarov, Milli Məclisin deputatları Rasim Musabəyov və Sevil Mikayılova, tarixçi Fuad Axundov, rejissor Oqtay Mirqasımov, teleaparıcı Anastasiya Lavrina, “Azİz”in rəhbəri Lev Spivak və kitabın müəllifi Mixail Salman çıxış etdilər:
“Bu kitab ona görə vacibdir ki, burada yerləşdirilən şeirlər Azərbaycanın 44 günlük müharibədəki qələbəsi ilə bağlıdır. Müharibə boyu elə bir gün olmayıb ki, mən hər hadisəyə bir şeir həsr etməyim. Azərbaycan qəhrəmanlarının hər addımı məndə eyforiya yaradırdı və mən bütün hisslərimi kağıza köçürdürdüm”.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"