Termizdə ziyalılar, tanınmış alimlər və fəal qadınlarla GÖRÜŞ
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Surxandərya vilayətində, Termiz şəhərində ziyalılar, tanınmış alimlər, fəal qadınlar və gənc fəallarla görüşüb.
Versus.Az xəbər verir ki, görüş zamanı alimlərimiz, ziyalılarımız, fəal qadınlarımız və aktiv gənclərimiz arasında əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanları və yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri onlara Qarabağ motivli hədiyyələr təqdim ediblər.
Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri hədiyyə edib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"