Deputatdan İDDİA
Rüfət Quliyev: “Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyirlər”
“Biz o vaxt xahiş etdik ki, büdcədən vəsait oğurlayan məmurlar barədə məlumat verilsin. Bu gün də bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyirlər”.
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, insanların 90 faizi icbari tibbi sığortadan narazıdır:
“Deputatlar var ki, bununla bağlı da müraciət ediblər. Ancaq onlara da bu narazılıqla bağlı cavab verilməyib”.
Xəbər lenti
Vitse-spikerdən TƏKLİF
"Milli Məclisdə yeni şöbə yaradılsın..."