"Diasporalarımız sınaqdan çıxdı”

17:30 20-04-2022 | icon 617 | Cəmiyyət
"Diasporalarımız sınaqdan çıxdı”

 Akif Nağı: “Həmin baza üzərindən diasporaların potensial imkanlarını daha da genişləndirmək lazımdır”

 

“Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində diasporaların fəaliyyətini müsbət dəyərləndirmək olar. 44 günlük müharibədə diasporalarımız sözün yaxşı mənasında sınaqdan çıxdı”.

 

Versus.az xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan diasporalarının fəaliyyətini təhlil edərkən bildirib.

 

A.Nağı bildirib ki, Vətən müharibəsi dövründə diaspor təşkilatlarımız dünyanın müxtəlif olkələrində aksiyalar, mitinqlər keçirməklə müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndəribər:

 

“Diaspora təşkilatları 44 günlük müharibədə kifayət qədər uğurlu fəaliyyət göstərdi. Diasporalarımız heç kim tərəfindən yönəldilmədən, özlərinin daxili səsi ilə kifayət qədər təbliğat apardılar, məlumatlar yaydılar, beynəlxalq təşkilatların qarşısında müəyyən aksiyalar keçirib, yaşadıqları ölkələrdə dövlət qurumlarına məlumatlar çatdırdılar.  II Qarabağ müharibəsinin gedişində diasporaların fəaliyyətində yaxşı nəticələr özünü göstərdi. 44 günlük müharibə dövründə diaspora təşkilatları yaxşı mənada sınaqdan çıxdılar.  İndi həmin baza üzərindən diasporaların potensial imkanlarını daha da genişləndirmək lazımdır”.

 

A.Nağı qeyd edib ki, Qarabağ Azadlıq Təşkilatı diasporalarla sıx şəkildə işləyir.  Onun sözlərinə görə, təşkilat olaraq QAT-ın bir sıra xarici ölkələrdə tədbirləri olub.  Əslində diasporlarla bağlı problemləri yaxından izlədiklərini deyən A.Nağı hesab edir ki, bu problemlərlə yanaşı çalışan təşkilatlar da var:

 

“İndi Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının 5-ci qurultayı ərəfəsində bu mövzu bir daha aktuallaşır.  Biz  2015-ci ildən Beynəlxalq Qarabağ Forumu adlı bir təsisat da yaratmışıq. Həmin Forumda müxtəlif ölkələrin diaspor təşkilatları, tanınmış şəxslər təmsil olunur. Mütəmadi olaraq əlaqə saxlayır, ayda 1 dəfə  Zoom proqramı üzərindən toplantılar keçirdirik. Pandemiyadan əvvəl Azərbaycanda, Türkiyədə, İranda 6-7 toplantımız olub. O toplantıda bir çox məsələlər müzakirə olunub və proses davam edir.  Biz Beynəlxalq Qarabağ Forumu çərçivəsində - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İsveç, Almaniya və digər ölkələrdə olan nümayəndələrlə əməkdaşlıq edirik.  Belə bir nəticəyə gəlmişik ki, 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra hələ əsas məqsədlərimiz bitməyib və daha geniş miqyaslı işlərin aparılmasına ehtiyac var. Çünki ermənilər bütün dünyada saxta təbliğatlarını genişləndirməyə çalışırlar. Azərbaycan torpaqlarının ermənilərə məxsus olması ilə bağlı çıxışlar edirlər. Erməni əks təbliğatı Şuşanın da ermənilərə məxsus olduğunu iddia edir, Qarabağda olan separatçı qurumu dövlət kimi təqdim etməyə çalışırlar. Bütün bu erməni təxribatlarının qarşısını almaq üçün diaspora təşkilatları əlaqəli şəkildə geniş işlər görməlidirlər.”

 

A.Nağı bildirib ki, “Şuşa ili” ərəfəsində Şuşada Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi və bütün dünya azərbaycanlılarının Şuşaya gəlməsi Azərbaycanın tarixi şəhərinin yenidən dünyaya təqdim olunması baxımından əhəmiyyətlidir:

 

“Ən vacib məsələ təşkilatlanma və Bakı ilə əlaqələrin düzgün qurulması yönündə addımların atılmarsıdır. Diasporalara tezislər verilməli və bu istiqamətdə əlaqəli şəkildə ciddi işlər görülməlidir”. /hafta.az/

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...