Haqq səsimizin dünyaya ötürülməsi üçün önəmli HADİSƏ
Tənzilə Rüstəmxanlı: “Biz bu həmrəyliyin nəticəsini 44 günlük vətən savaşında gördük”
Bu gün informasiya, təbliğat tədbirləri sisteminin düzgün qurulub, fəaliyyət göstərməsində mühüm rol alan Diaspora işi Azərbaycanda mühüm əhəmiyyət kəsb edən önəmli bir xətt kimi araşdırılır. Gərginliyi ilə müşahidə olunan regionun mövcud durumu koordinasiya olunmuş diasporalardan ölkəmizə qarşı işləyən məkirli qüvvələrə qarşı vahid güc olmağı tələb edir.
Dünyanın gərginliyi il müşahidə olunan prosesləri fonunda Azərbaycanda Diaspor quruculuğu, diaspor təşkilatlarının fəaliyyətinin düzgün qurulmasında dünya azərbaycanlılarının rolu və əhəmiyyəti necə dəyərləndirilir?
Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Azəri-Türk Qadınları İctimai Birliyinin sərdi Tənzilə Rüstəmxanlı maraqlı məqamlara diqqət çəkib.
- Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Yaxşı xatırlayıram, Dünya Azərbaycanlılarının ilk Qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmişdi. Çox möhtəşəm bir qurultay idi. Biz hamımız o qurultayda iştirak etmişdik. Dünyanın hər yerində yaşayan azərbaycanlılar, Azərbaycanla əməkdaşlıq edən türk diaspora təşkilatları, güneydən gedən azərbaycanlılar bu qurultaya dəvət olunmuşdu. Bu çox möhtəşəm bir tədbir idi. Ulu öndərin nitqi, bu sahədə qəbul olunmuş qərarlar, qarşıya qoyulan vəzifələr bu günümüz üçün çox önəm daşıyırdı və biz bu həmrəyliyin nəticəsini 44 günlük vətən savaşında gördük. O vaxt Azərbaycanın Qarabağ məsələsini soydaşlarımızın yaşadıqları ölkələrdə qaldırmaq, Azərbaycan üçün diaspor fəaliyyəti göstərmək çox çətin idi. Heydər Əliyev diaspor fəaliyyətinin əhəmiyyətini çox gözəl bildiyi üçün ona çox böyük önəm verirdi. Ona görə də Azərbaycanda Diaspor Komitəsi yaradıldı və bu gün də fəaliyyət göstərir. Dünyada gedən prosesləri, Azərbaycanın və Türkiyənin əleyhinə olan erməni diaspor fəaliyyətləri və Türkiyəyə qarşı əllərində sülh kimi tutduqları “ermən soyqırımı” iddiasından həm də Azərbaycanın haqq səsini batırmaq, Qarabağın işğalını görməzdən gəlmək, o cümldən Türkiyəyə təsir vasitəsi olaraq o vaxtlar çox ciddi bir silah kimi istifadə edirdilər. Bütün bunların qarşısında durmaq, Azərbaycanın haqlı davasını önə çıxartmaq üçün belə islahatlara, ciddi addımlar atmağa zərurət yaradırdı. Heydər Əliyev ona görə də dünyada yaşayan azərbaycanlıları Azərbaycana dəvət edirdi, burda qurultaylar, konfranslar olurdu. Onun hər qurultayda diasporaların 5 illik proqramını əks etdirən çıxışları olurdu. Ondan sonra cənab Prezident İlham Əliyev bu işi uğurla davam etdirir.
Əlbəttə ki, Azərbaycanda diaspor fəaliyyəti, Komitə daxil olmaqla, ictimai qurumlar da öz işini uğurla apardı. Azərbaycanda ilk yaranan diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlardan biri də bizim Azəri-Türk Qadınlar Birliyidir. Əgər Avropada, Amerikada, demək olar ki, dünyanın hər yerində bu diaspor fəaliyyətləri olmasaydı bu gün istənilən nəticəni almazdıq. Türk diaspor təşkilatları, yəhudi diaspor təşkilatları ilə birgə əməkdaşlığın nəticəsi idi ki, 44 günlük müharibədə Qarabağın azad olunması prosesində dünya ictimaiyyətinin rəyi Azərbaycanın əleyhinə deyildi. Əlbəttə ki, bu, daspor təşkilatlarının, Azərbaycan dövlətinin, ictimai qurumlarının xətti ilə apardığı o düzgün siyasətin nəticəsi olaraq ortaya çıxdı. Ən azından 44 günlük müharibə göstərdi ki, diaspor fəaliyətimiz Azərbaycanın beynəlxalq ictimai rəyində haqlı mövqeyinin ortaya çıxmasında çox ciddi rol oynayıb.
- Dünya azərbaycanlıları bu dəfə Şuşada toplaşacaq. Qurultay üçün bu yerin seçilməsinin əhəmiyyətini necə dəyərləndirərdiniz?
- Aprelin 21-24 -də Şuşada Dünya Azərbaycanlılarının növbəti V Qurultayı keçiriləcək. Bu da haqq səsimizin dünyaya ötürülməsi üçün çox önəmlidir. Artıq bir çox ölkələrdən insanlar bu qurultaya dəvət alıblar. Əlbəttə yəqin ki, Şuşadakı mövcud vəziyyətlə əlaqədar olaraq dəvət olunanların sayı məhdud sayda olacaq. Amma mənim yadımdadır ki, Bakıda keçirilən ilk Qurultaylara ən azı 1000 nəfər insan gəlirdi. İndi Şuşanın indiki şəraiti belə bir sayda insanın qəbul olunmasına imkan vermədiyinə görə qonaqların sayı baxımından daha dar çərçivədə keçiriləcək. Amma bunun böyük anlamı var. Bilirsiz ki, bu il "Şuşa ili"dir. TürkSoy 2023-cü ili "Şuşa İli" elan edib. Bu bizim çox önəmli məsələdir. Şuşa belə böyük beynəlxalq ədəbi, mədəni tədbirlərə artıq azad olunduğu gündən bu yana ev sahibliyi edir və Şuşanın Azərbaycan üçün önəmini ortaya qoyur. Belə tədbirlərin olması Şuşanı sadəcə Azərbaycanın və Türk Dünyasının deyil, eləcə də bölgəmizin də böyük mədəniyyət mərkəzinə çevrəcək. Buna inanıram.
- Bu gün xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması istiqamətində görülən işlər necə görünür?
- Bu ağır bir prosesdir. Amma zatən Azərbaycanda Diaspora Komitəsi Avropada və digər yerlərdə olan diaspora təşkilatlarının koordinasiya olunması missiyasını yerinə yetirdi. Heç uzağa getməyək Rusiya-Ukrayna savaşında Azərbaycan Diaspor Komitəsi və təşkilatlarının nə qədər önəmli olduğu üzə çıxdı. Vətəndaşlarımızı Ukraynadan təxliyyə etmək üçün Diaspora Komitəsi, təşkilatları çox ciddi işlər gördü. Əlbəttə ki, bu zamanla daha da güclü olacaq. Hər halda bu sahədə də çox ciddi addımlar atılır. /Həftə içi/
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"