Mirbağır sabiq hakimdən üzr istəməyəcək

15:30 25-04-2022 | icon 585 | İdman
Mirbağır sabiq hakimdən üzr istəməyəcək

“Buyursun, məhkəməyə versin”

 

“Səbail” futbol akademiyasının koordinatoru Mirbağır İsayev AFFA rəsmisi Anar Salmanovdan üzr istəməyəcək.

 

Bunu apasport.az saytına açıqlamasında keçmiş futbolçu özü deyib.

 

U-17 Liqasının “Keşlə” – “Səbail” oyununda hakim-inspektor funksiyasını yerinə yetirən Salmanov barədə ittihamlar səsləndirən İsayev saytımıza açıqlamasında da keçmiş FIFA referisinin vaxtilə rüşvətə görə hakimlikdən uzaqlaşdırıldığını söyləyib.

 

Adıçəkilən qarşılaşmada hakim-inspektor kimi iş başında olan Anar Salmanov isə mütəxəssisin onun şərəf və ləyaqətinə toxunduğunu bildirib, üzr istəməsi üçün İsayevə iki gün vaxt verib. Salmanov əks təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

 

Buna baxmayaraq, Mirbağır İsayev sözünün üstündə durduğunu deyib:

 

“Məhkəməyə müraciət etmək onun vətəndaşlıq borcudur, ixtiyarı da var. Buyursun, versin. Mən sözümü demişəm”.

 

Qeyd edək ki, AFFA İntizam Komitəsi “Keşlə” – “Səbail” görüşündə AFFA rəsmisini təhqir etdiyi üçün Mirbağır İsayevi 10 oyunluq cəzalandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Ölkəmizdə dayə xidməti necədir?

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT