İslamiadaya hazırlaşmaq üçün Türkiyəyə yola düşdülər

13:41 26-04-2022 | icon 427 | İdman
İslamiadaya hazırlaşmaq üçün Türkiyəyə yola düşdülər

Stolüstü tennis üzrə milli komanda İslam Həmrəylik Oyunlarına hazırlığa başlayıb.

 

Azərbaycan Stolüstü Tennis Federasiyasından Versus.Az-a verilən məlumata görə, əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar.

 

Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək. Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara da qatılacaq.

 

Qeyd edək ki, V İslam Həmrəylik Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI