FHN-in güləş komandası uğurlu nəticələrə İMZA ATIB

14:46 27-04-2022 | icon 655 | İdman
FHN-in güləş komandası uğurlu nəticələrə İMZA ATIB

18-22 aprel 2022-ci il tarixlərində Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş növü üzrə (U-17) gənclər arasında Azərbaycan çempionatı keçirilib.

 

Çempionatda 32 komandadan 400-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda mübarizəyə 10 idmançı ilə qoşulan FHN-nin güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərov və məşqçi-müəllimlər Alov və Etiram Hüseynovun rəhbərliyi altında yüksək nəticə göstəriblər. Belə ki, yunan-Roma güləş növü üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bundan əlavə, 65 kq çəki dərəcəsində Elmir Sərxanov və 110 kq çəki dərəcəsində Mahir Qurbanlı yarışın bürünc medalına yiyələniblər. Sərbəst güləş növü üzrə isə 80 kq çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov yarışın bürünc medalının sahibi olub.

 

Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

 

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

 

Sonda qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI