Azərbaycan Ermənistandakı Avropa çempionatına qatılmaqdan İMTİNA ETDİ

14:57 27-04-2022 | icon 508 | İdman
Azərbaycan Ermənistandakı Avropa çempionatına qatılmaqdan İMTİNA ETDİ

Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, yığıncaqda mayın 21-31-də Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.

 

Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, Azərbaycan boksçuları cari ilin mart və aprel aylarında mübarizə apardıqları son iki Avropa birinciliyində uğurlu çıxışları ilə yadda qalıblar. Onlar U-22-lərin qitə çempionatında bir qızıl, bir gümüş və iki bürünc medal qazanmaqla boks tariximizin 10 il əvvəlki rekordunu təkrarlayıblar.

 

Gənc boksçular arasında Avropa birinciliyində isə komandamız üç illik fasilədən sonra yeni uğura imza ataraq çempionluq əldə edib. Komandamız yarışı bir qızıl və bir bürünc medalla bitirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI