DÖVLƏTLƏ VƏTƏNDAŞ

09:32 28-04-2022 | icon 5442 | Köşə
DÖVLƏTLƏ VƏTƏNDAŞ

AUTİZM PROBLEMİ bütün mənalarda...



İGİD TEYMURLU

 

İTV-də aitizm probleminə həsr olunmuş proqramın kiçicik bir hissəsinə baxdım. Bir-iki nəfərə qulaq asa bildim. Məmnuniyyətlə İlham Osmanlıya qulaq asmaq istərdim, heyif ki, olmadı...



Hər şeydən öncə bunu təşkil edənlərə bir təşəkkür!



Azərbaycan gerçəkliyi deməyə əsas verir ki, bu problemin üstünə hər gün gedilməlidir və hər kəs getməlidir, təkcə İTV yox!...



Məsələyə münasibətdə dövlət adına manipulyasiya edənlərin şablon xarakterli yanaşmasını nəzərə almasaq demək olar ki, rəsmi strukturlar AUTİZMli uşaqları və onların valideyinlərini dərdləriylə baş-başa buraxıblar. Günün reallığıdır.



AUTİZM PROBLEMİ bütün mənalarda kompleks yanaşma tələb edir. Öyləsə və öylədir də, baxaq görək, Dövlət Baba bu kompleks yanaşmanı ortaya qoya bilibmi?



Bu işə yükümlü olan məmurların yarıtmazlığı kontekstində birmənalı şəkildə demək mümkündür ki, YOX VƏ YENƏ DƏ YOX!!!



İstər qanunvericilik, istər səhiyyə, istər təhsil, istər sosial təminat, istərsə də bu uşaqların reabilitasiyaları, cəmiyyətə adaptasiyaları, sosiallaşmaları baxımından "görülən işlər" problemin həlli istiqamətində deyil, daha çox bu spektrdə çalışanların biznes fəaliyyəti kimi görünməkdədir.



Rəsmi strukturların bu istiqamətdə koordinativ fəaliyyətindən, davamlı reabilitasiya prosesindən və mövcud qanunvericilikdə sosial təminat istiqamətində gərəkən müddəaların öz əksini tapmasından danışılarsa, burada ancaq və ancaq dövlət adına, millət adına utancın şahidi olarıq.



GERÇƏYƏ BAXAQ:


Autizm sindromlu uşaqların reabilitasiyalarını, onların təhsil, səhiyyə, sosial təminat, yaşamaq hüquqlarını təmin etmək, mərkəzlərin yaradılmasına birbaşa nəzarət etmək dövlət səviyyəsində bir komitə yaradılmalıdır, ancaq yaradılmayıb və kimlərsə belə bir komitənin yaranmamasında maraqlıdır....

Milli Məclisin aidiyyatı komissiyaları qərar qəbul edəndə autizmlə bağlı məsələlərin müzakirəsində nə zaman bu sindromdan əziyyət çəkənləri və onların valideyinlərini dinlədi?

HEÇ ZAMAN!!!


Statistika Komitəsi, Səhiyyə Nazirliyi nə zaman AUTİZM SİNDROMLU uşaqların gerçək hesabatlarını həm cəmiyyətə, həm də dövlətə təqdim etdi? Halbuki həmin Statistika Komitəsi 2 ildən bir parklar xərcləyib "Azərbaycandakı eşşəklərin sayı" nı bəyan edir...


HEÇ ZAMAN!!!!


Təhsil Nazirliyi nə zaman AUTİZM SİNDROMLU uşaqlarla bağlı gərəkən infrastruktura, gərəkən proqrama malik şəraiti cəmiyyətə təqdim edib və gərəkən təhsil proqramı ilə çıxış edib? Təqdim olunan "pilot layihələr" isə sadəcə olaraq sovet dönəmini xatırladan öhdəlik xarakterlidir.

HEÇ ZAMAN!!!


Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi nə zaman elektron dövlət prinsiplərindən irəli gələn MƏQAMLARA əməl edərək AUTİZM SİNDROMLU uşaqların problemlərini qanunla müəyyən edilmiş zamanda həll edib?

 

HEÇ ZAMAN!!!....


AUTİZM sindromuyla bağlı adı çəkilən bu strukturların fəaliyyətinə diqqət yetirəndə şahid olursan ki, sanki məmləkətin bu ucundan o biri ucunun xəbəri yoxdur. Milli Məclis tərəfindən qəbul edilən qanunlardan İcra strukturlarının xəbərləri yoxmuş kimi davranırlar. Hərə öz çomağını göyə qaldırıb millətin başına döyəcləmədədir.



SAHİL BABAYEV VƏ SƏHİYYƏ NAZİRLİYİNİN TƏQDİMATINDA ƏLİLLİYİN QİYMƏTLƏNDİRİLMƏSİYLƏ BAĞLI YARADILAN SÜNİ ƏNGƏLLƏR, SÜRÜNDÜRMƏÇİLİK, YUBATMALAR DÖVLƏTLƏ VƏTƏNDAŞ ARASINDA UÇURUM YARADIR.



Əlilliyin qiymətləndirilməsində yerli poliklinikalardan səlahiyyətlərin alınaraq guya ki, "mərkəzləşdirmə qaydasında işin sürətləndirilməsi"nə keçid birbaşa bürokratiyanın və dövlətə qarşı sosial narazılığın formalaşmasına xidmət edir....



Ayda 5-6 nəfərin sənədlərinin sistemləşdirilməsini əsas götürsək, məhz VTEK-in yarıtmaz fəaliyyəti ucbatından insanlar aylarla müavinət ala bilmir. Adını da qoyurlar ki, "mütəxəssis yoxdur". Onda sual olunur, doğrudan da, mütəxəssis yoxdursa, onda bu işi nədən "mərkəzləşdirilmiş" qaydaya keçirirsiniz? Elə hər rayonun öz psixiatrı bu vaxta qədər sənədlərin sistemləşdirilməsini gül kimi həyata keçirirdi də!!!!!

 


SƏHİYYƏ NAZİRİ İLƏ SAHİL BABAYEV ADLI NAZİRİN BU İSTİQAMƏTDƏ İDARƏÇİLİK SİSTEMLƏRİ BİRBAŞA DÖVLƏTLƏ VƏTƏNDAŞI ÜZ-ÜZƏ QOYUB!!!..

 

DİGƏR MƏQAM: bu gün sənədlərin sistemləşdirilməsi prosesində yerli psixiatrlar və VTEK üzvləri qazilərin adından da sui istifadə etməklə yenə də vətəndaş qarşıdurması, vətəndaşın vətəndaşa qarşı nifrətini yaradırlar. Bu adamlar bir şeyi unudurlar: bütün vətəndaşların konstitusion hüquqlarını təmin edəcəyinə and içən dövlət başçısı o zaman insanlarımız arasında hansısa seçim yeri qoymayıb. İkinci bir tərəfdən, QAZI VƏTƏN MÜHARİBƏSİNDƏ SAĞLAMLIĞINI İTİRİBSƏ, AUTİZM SİNDROMLU UŞAQLAR, DİGƏR ƏLİLLƏRSƏ DOĞULANDAN BU ZÜLMÜN İÇİNDƏDİRLƏR. BUNLAR DA VƏTƏNİN QAZİLƏRİDİR.



Öyləsə sual olunur: biz cəmiyyət olaraq Autizmli uşaqlara beləmi dəstək oluruq? Bu, dəstək deyil!
Bu, AUTİZM sindromluların timsalında vətəndaşın tapdalanmasıdır, vətəndaşa TÜPÜRMƏYİN görüntüsüdür!!!

 

AUTİZMİN qiymətləndirilməsiylə bağlı yuxarıda haqqında danışılan verilişdə fərqli fikirlər səsləndirildi. Kimisi bunun üçün 15 dəqiqənin, kimisi də həftələrin lazım olduğunu bildirdi...

 

Bununla bağlı mübahisəyə ehtiyac yox: dövlət rəsmiləri bircə gün o ailələrin qonağı olsunlar, onlar yeyəndən yeyib, onlar çəkən əziyyətdən çəksinlər - bax onda əsil gerçəkliyi, qiymətləndirmənin əsil mahiyyətini görəcəklər!!!

 

Əslində belə yanaşmanın özü sübut edir ki, biz hələ də problemin həlli istiqamətində onu ya özününküləşdirə bilmirik, ya da problemə sadəcə biznes yönündən yanaşdığımıza görə bunu istəmirik.

 

NƏDƏNSƏ HEÇ KİM DEMƏK İSTƏMİR Kİ, əzizlərim, şəxsən davranış pozğunluğu olan AUTİZM SİNDROMLU uşaqlara hansısa dərmanlardan istifadə etməklə gerçəkləşdirilən "həkim reabilitasiyası" demək olar ki, tamamən əks effekt verir. Bu kateqoriyadan olan uşaqların sosiallaşması üçün AZƏRBAYCAN REALLIĞINDA VALİDEYİN BÖYÜK MADDİ İMKANLARA SAHİB OLMALIDIR. Reabilitasiya mərkəzlərinin xərciylə həmin kateqoriyadan olan uşaqların öz aylıq xərclərini üst-üstə gələndə 3500 manatdan yuxarı edir. Cüzi əmək haqqı alan bu pulu və ailənin digər xərclərini ödəmək üçün valideyin o pulu haradan tapmalıdır?...

 

Milli Məclis, aidiyyatı instansiyalar bununla bağlı dövlət başçısına yetərli informasiya veriblərmi? Bəzi reabilitasiya mərkəzlərinin yalandan hansısa məlumatları dövlət başçısına verib guya ki, bu istiqamətdə hansısa işlərin görülməsiylə bağlı hesabatlarla çıxış etmək cəmiyyəti uçuruma aparan əxlaqsızlıqdır.

Haqqında danışdığımız verilişdə TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ də vurğuladı ki, "reabilitasiya prosesində fasilələr olanda ləngimələr olur"....

Düppədüz, bəs bu fasilələrin olmaması üçün dövlətin diqqətdən kənarda qoyduğu reabilitasiya mərkəzlərinin haqqını vətəndaş necə ödəsin!?

YOX VƏ YENƏ DƏ YOX!!!

 

AUTİZM SİNDROMUYLA BAĞLI GERÇƏKLƏR DÖVLƏT BAŞÇISINDAN GİZLƏDİLİR. ÇÜNKİ ORTALIQDA AUTUZMƏ BİZNES MARAĞI KİMİ BAXAN ÇETE VAR!!!!

Sağlamlığı məhdud uşaqların təhsilə cəlb edilməsindən danışılanda Bilgəh qəsəbəsində yerləşən müəssisənin yetkilisi " bizdə 15 nəfər təhsil alır" deyir. OLSUN! Bəs qalanların təhsil hüququ nə olsun? Heç başqa arqumentləri demirəm, təkcə bircə gün reabilitasiya mərkəzlərinə baş çəksəniz, yüzlərlə AUTİZM SİNDROMLU uşaqlarla qarşılaşacaqsınız, bunlarla nə edək?

SAHİL BABAYEV, sən nazir olaraq AUTİZM SİNDROMLU uşaqların yaşayış hüquqlarının təmin edilməsində nə kimi iş görmüsən. Neçə uşağın mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində hansı addımları atmısan? Neçə autist uşağın valideyinini uşağının və ailəsinin problemlərini qarşılaya biləcək iş yeri ilə təmin etmisən? Kiminsə müavinətini kəsməklə büdcəyə daxilolmaların həcmini artırmaq dövlətə xidmət deyil!

DÖVLƏT VƏTINDAŞINA SAHİB ÇIXANDA GÜCLÜ OLUR!

Bu gün MM sədri Sahibə Qafarovanın, MM-də sosial siyasət komissiyasının sədri Musa Urudun, nazir Sahil Babayevin övladına 150 manat, özlərinə də o uşaqlara xidmət etmələrinə görə 50 manat müavinət verilsə, dolana bilərlərmi!?....

İstənilən halda İTV-yə təşəkkür düşür ki, AUTİZM adlı bəlanın aradan qaldırılması prosesində qismən də kompleks fəaliyyətin nümunəsini ortaya qoyur...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI