İrəvan Müəllimlər Seminariyası - 140

16:48 28-04-2022 | icon 710 | Cəmiyyət
İrəvan Müəllimlər Seminariyası - 140

Aprelin 25-də Atatürk mərkəzində İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, Konfransın məqsədi XIX əsr tarixində İrəvan Müəllimlər Seminariyasının maarif və elmin inkişafında rolunun, eyni zamanda Seminariyada təhsil alan dövrün görkəmli ziyalılarının elmi-mədəni mühitə verdiyi töhfənin vurğulanmasıdır.


İlk olaraq Azərbaycan Respublikasının Himni səsləndirilib, Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.


Konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyətinin Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi İradə Rizazadə bu konfransın mahiyyətindən, İTC-nin gördüyü işlərdən danışıb. Eyni zamanda qədim tarixə malik olan seminariyanın tarixinin yaşadılması, gənc nəslin maarifləndirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi” ilə bağlı Sərəncamının xüsusi mahiyyətini vurğulayıb.


Sonra məruzələr dinlənilib. Azərbaycan Dövlət Pedaqoji Universitetin dekanı, professor, elmlər doktoru Fərrux Rüstəmov İrəvan Müəllimlər Seminariyası və onun xələfi İrəvan Türk Pedaqoji Texnikumu, Qərbi Azərbaycan Azadlıq Təşkilatı İdarə Heyətinin sədri Əli Vəliyev isə Qərbi Azərbaycanda (indiki Ermənistan) təhsilin tarixi mövzularında məruzə ilə çıxış ediblər.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Bakı Slavyan Universitetinin professor Şəlalə Həsənova, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək Seminariyanın təhsil ocaqları sırasında əhəmiyyəti rolunu xüsusi vurğulayıblar.


Konfrans müzakirələrlə davam etdirilib. “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi” ilə bağlı elmi-praktik konfransın iştirakçıları tərəfindən XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində İrəvanda bütün çətinliklərə sinə gərib xalqın tərəqqisinə çalışan Axund Molla Məhəmmədbağır Qazızadə ilə birlikdə maarif və mədəniyyətin yayılmasına xidmət göstərmiş ziyalı və maarifçilər - Fazil İrəvani, Məmmədvəli Qəmərlinski, Məmməd bəy Qazıyev, Cəfər bəy Cəfərbəyov, İbadulla bəy Muğanlinski, Mirzə Cabbar Məmmədzadə, Həsən bəy Qazıyev, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Rəhim Xəlilov, Abbas Ağa Fərəcov, Məhəmməd Axundov və başqalarının milli pedaqoji kadrların yetişdirilməsində danılmaz əməyi gündəmə gətirildi, hər birinin xatirəsi hörmətlə yad edildi.

 

 

Vüqar Şahinoğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...