Nazir Sumqayıtdakı yanğın hadisəsindən DANIŞDI

06:06 29-04-2022 | icon 421 | Cəmiyyət
Nazir Sumqayıtdakı yanğın hadisəsindən DANIŞDI

Kəmaləddin Heydərov: “Müşahidə kameralarında bu var”

 

“Yanğınla bağlı məlumat saat 17:26-da daxil olub”.

 

Versus.Az xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində, yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, doqquz dəqiqədən sonra ilk yanğınsöndürmə maşınları əraziyə cəlb olunub:

 

“Yanğının ciddiliyi nəzərə alınaraq ən yüksək dərəcəli yanğısöndürmə tapşırığı verilmişdi. 35 yanğınsöndürmə avtomobili əraziyə cəlb olunmuşdu. Daha sonra isə 2 helikopter də cəlb edildi. Onlar hava qaralana qədər burada işlədilər. Bilirsiniz ki, axşam olanda helikopterlər çalışa bilmirlər”.

 

Nazir bildirib ki, ilkin ehtimala görə, yanğın sahəsinin kənarında kardon tullantılar olub və yanğının oradan başladığı ehtimal edilir:

 

“Müəssisənin özünün müşahidə kameralarında bu var”.

 

O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan və ya yanğından zəhərlənən olmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...