“Real” Madriddə “Siti”dən revanş almaq istəyir

12:40 04-05-2022 | icon 498 | İdman
“Real” Madriddə “Siti”dən revanş almaq istəyir

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçiriləcək.

 

Versus.Az xəbər verir ki, Madriddə “Real” yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək.

 

Santyaqo Bernabeu adına stadionundakı matç çox maraqla gözlənilir. Çünki komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb. Artıq İspaniya çempionluğunu təmin etmiş “Real” bu mövsüm ikinci böyük titula sahib olmaq üçün iki top fərqi ilə qalib gəlməlidir. Bu oyun öncəsi qonaqların dörd müdafiəçisi meydana çıxmaya bilər.

 

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

 

4 may

23:00 “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid. Santyaqo Bernabeu adına stadion

İlk oyun – 3:4

 

Oynamayacaqlar: Qaret Beyl, Eden Azar (hər ikisi “Real”), Benjamen Mendi, Kayl Volker (hər ikisi “Mançester Siti”)

 

Oynamaları sual altında olanlar: David Alaba (“Real”), Natan Ake, Con Stounz (hər ikisi “Mançester Siti”)

 

Qeyd edək ki, finala çıxan komanda mayın 28-də “Liverpul”la qarşılaşacaq. Final Fransanın paytaxtı Parisin Sen-Deni bölgəsində yerləşən “Stad de Frans”da baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI