"Şəhidin ordeni varsa adı əbədiləşdirilir, belə olmamalıdır"

18:49 06-05-2022 | icon 736 | Cəmiyyət
"Şəhidin ordeni varsa adı əbədiləşdirilir, belə olmamalıdır"

 Sevinc Orucova: “Biz o bir otağa Şəhid ailəsinin əlindən alınmış xoşbəxtliyini sığışdıra bilmərik”

 

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalçı hərbi qüvvələrinə qarşı başladığı əks - hücum əməliyyatı və 8 noyabr zəfərimizdən 1 il yarım vaxt keçsə də, yaralarımız hələ də sağalmayıb.  Qazilərimizin və şəhid ailələrinin həyatında bu gün də özünü biruzə verən problemlər aradan qaldırılmadıqca, o yaralar sızıldayır. Ölkə ictimaiyyəti olaraq məsələyə diqqətli və məsuliyyətli yanaşma tələb etdiyi qaşılmazdır. Və ölkə başçısının hər dəfə bu məsələyə xüsusilə yanaşdığı təsadüfi deyil... 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən “Şəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova mövcud probemlərə toxunmaqla maraqlı nüanslara diqqət çəkib.

 

- Sevinc xanım, məlum olduğu kimi, bu günlərdə Sabunçu rayonu ərazisində müharibə əlilləri və şəhid ailələri üçün yeni yaşayış kompleksinin açılışı oldu. Kompleksin açılışında iştirak edən ölkə başçısı çıxışında Şəhidlərin yaxınlarının daim diqqət mərkəzində olduğunu bir daha vurğuladı. Bu çıxış ölkə ictimaiyyətinə hansı mesajını verdi?..

 

- Cənab Prezident və Mehriban xanımın Ramazan Bayramını şəhid ailələri ilə bir yerdə keçirtmələri, şəhid ailəsinin qonağı olmaları hər birimiz üçün çox xoş oldu. Eyni zamanda ev növbəsində olan bir çox şəhid ailələri  mənzillərlə təmin olundular. Bu, daim həm Şəhid ailələri ilə işləyən ictimai təşkilat,  həm də bir şəhid  ailəsi kimi bizim özümüzə də bir stimul verir. Prezidentin hər çıxışında şəhid  adının, Şəhidlik zirvəsinin  aliliyini, müqəddəsliyini daim vurğulaması və Onların uğrunda şəhid olduğu amala yüksək dəyər verməsi özü bütün cəmiyyətimizə bir mesajdır. Əminəm  ki, aidiyyatı qurumlar, eyni zamanda sadə vətəndaşından tutmuş, məmuruna qədər hər kəs bu mesajdan nəticə çıxaracaq və öhtəsinə düşən vəzifəni layiqincə yerinə yetirəcək, dövlətimizə, şəhidlərimizə, xalqımıza layiq olmağa çalışacaqlar. Arzumuz budur ki, Şəhidlərin canlarını fəda etdiyi torpağa, vətənə layiqli olaq, ailələrinə, dəyərlərinə sahib çıxaq.

 

- Ötən 1 illə müqayisədə bu gün şəhid ailələrinin üzləşdiyi əsas problemlərin həllində nə dərəcədə irəliləyiş, yaxud nöqsanlar var?

 

- Qeyd edim ki, biz ictimai birlik olaraq Ramazan bayramında regionlarda idik. Bilirik ki, Bakıda şəhid ailələri ilə bağlı tədbirlər, ziyarətlər çox edilir. Regionlar isə bəzən kənarda qalır. Axı Azərbaycan təkcə Bakıdan ibarət deyil.  Regionlarda bizim kifayət qədər Şəhid ailələrimiz var.

Biz bu dəfə Göyçay rayonunda olduq. Orada bir tək övladını şəhid verən ananı ziyarət etdik. Oğul itirmək çox ağır dərddir. Düşünürəm ki, o insanlara elə kömək etməliyik ki, heç olmasa sosail-məişət problemlərinin qayğısını çəkməsinlər.  Onlar oğul, ər, ata, qardaş dərdini onsuz da yaşayırlar. Üstəlik məişət qayğıları olanda üzərilərinə artıq yük düşür. Belə olanda o insanların həyatı dözülməz hal alır. 

Biz həmin regionda olan bir şəhid ailəsində də olduq. Şəhid könüllü olaraq döyüşüb, iki övladı qalıb.  Amma bir məsələ var ki, könüllü döyüşənlərin ailələri təqaüd almırlar. Ən böyük problem də budur.  Onların övladları sadəcə ataslzlığa görə müavinət alırlar.  Nəzərə alın ki, bir uşağa ödənilən pul cəmi 80 manatdır.  Şəhidin yoldaşı özü heç bir yerdə işləmir, təhsili yoxdur. Axı həmin pula onları dolandırmaq çətindir. Düzdür, Prezident təqaüdü 500 manatdır. Amma bu pul da şəhidin 5 nəfər vərəsələri arasında bölünür və hərəsinə  100 manat düşür. Təsəvvür edin, bununla nə etmək olar. Mən ailəsinə də dedim ki, o ailəninin xanımını məşğulluğa cəlb edib, işlə   təmin etmək lazımdır. Bu istiqamətdə çətin məsələlər var.  O qadın, uşağını böyütməli, oxutmalı, ona təhsil verməlidir. Xüsusilə regionlarda bu məsələlərə diqqət olunmalıdır. Düzdür, hazırda orda icra başçısı yoxdur, amma region olaraq yəqin ki, orda bir icra strukturu var və bu ailələrin hər birinin onlarda siyahısı var. Onlarda hər ailənin gəlir siyahısı var və ona uyğun olaraq onlar diqqətdə nəzarətdə saxlanılmalıdır.  Mənim həmişə təklifim bu olub ki, şəhid ailələrinə kənardan dəstək vermək əvəzinə, ailənin içərisində olan resursdan istifadə edilməlidir. Məsələn, dediyim o xanımı hansısa peşəyə alışdırıb yaxşı bir işlə təmin etmək olar. Bu, həm özünə güvəni artıracaq, həm də gələcəyə daha əminliklə baxmasına imkan yaradacaq.  Ümumiyyətlə, o ailələrdə işlə təminat məsələsi ən böyük probemlərdən biridir. Hətta bizim təhsilli, diplomu olan şəhid ailələrinin xanımları da bu gün iş axtarışındadırlar. Onların işlə təminatı məsələsi də problem olaraq qalır.

 

- Bir çox hallarda Məşğulluq Xidmətinin iş təminatı ilə bağlı çox yardımçı ola bildiyi qeyd olunur...

 

- Məşğulluq xidməti tərəfindən onlara təklif olunan işlər elə işlərdir ki,  onun ixtisasına, həyat tələblərinə uyğun gəlmir.  Fərqi yoxdur, kim olursa olsun, iş axtararkən maaşı əsas götürür. Hər bir insan işə qəbul olunanda birinci növbədə alacağı məvaciblə nə dərəcədə dolana biləcəyini hesablayır. Maaş ən azından elə olmalıdır ki, gəliş-gedişini, gündəlik xərclərini ödəyə bilsin.

Bizim də əlimizdə hazırda iş axtaran, iş növbəsi gözləyən xanımların siyahısı var. Bu gün mənim müraciətim ölkədə fəaliyyət göstərən böyük şirkətlərdir. Hansı ki, insan resursları ilə kifayət qədər düzgün iş qura biliblər, kifayət qədər təminatlı şirkətlərdir. Çox istərdim ki, o şirkətlər bu xanımları diqqətdə saxlasınlar, onlara təcrübə keçəndən sonra  öz sektorlarında işlə təmin etsinlər.  Bu şəhud xanımlarının o cür şirkətlərdə işləmək haqqıdır.  Azərbaycanda olan böyük şirkətlər belə xanımları normal işlə təmin etsələr, problemin həllinə nail ola bilərik. Amma bu məsələ hələ də problem olaraq qallır.

 

- Sevinc xanım, bir qədər əvvəl qeyd etdik ki, şəhid ailələri mənzillərlə təmin olunur. Necə hesab edirsiz, şəhid ailələrinin, müharibə əlillərinin evlə təminatı məsələsində hansı məsələlər həllini gözləyir?

 

- Şəhid ailələri ilə bağı ən çox işlədiyim sahə budur. Bakı şəhərində, Sumqayıtda kimin qeydiyyatı varsa onlara qaçqın və məcburi köçkünlər üçün ayrılmış evlərdə mənzillər verilir. Elə bir problem yaşanmır. Amma regionlarda hələ ki, o problem mövcuddur. O insanlar hələ də ev növbəsinə alınır, sonra onlara həyətyanı sahə ayrılır və 5 illik proqrama uyğun olaraq onlara mənzillər tikilib təhvil verilməlidir. Hələ ki, siyahıların tutulmasına yeni başlanılır.  Yəni o sahədə işlər bir qədər vaxt aparır. 

Amma şəhərlərdə də problem var və bunu dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bildirmişəm.  Cənab Prezident bu yaxınlarda “Vətən Müharibəsi qəhrəmanlarına verilən evlərin özəlləşdirilməsi və onlara mülkiyyət hüququnun təsdiqlənməsi haqqında” sənədin verilməsi haqqında sərəncam imzaladı. Amma bu hələ ki, bütün şəhid ailələrinə aid edilmir. Evlər sadəcə müqavilə əsasında verilir, hələ heç bir mülkiyyət hüquqi təsbit edilməyib.  Bu da bir narazılıq yaradır. Amma ümid edirik ki, bu yaxınlarda bu problem aradan qalxacaq. Və digər əsas məsələlərdən biri verilən mənzillərin otaq sayları ilə bağlıdır. Bir Şəhidimiz var, XTD-nin mayoru olub.  Onun  bir qız övladı yadigar qalıb.  Şəhidin ailəsi cavan xanımdır, ali təhsillidir. O da iş axtarır. Və ona cəmi bir otaq təklif edilib. Mən bildirmişəm ki, bu xanım bundan sonra ev ala bilməyəcək və o, bu bir otaqla necə rahat təminatını həyata keçirə bilər. Axı bu uşağın gələcəyi var, böyüməsi var.  Bu düzgün hal deyil. O xanım ən azı 2 otaqla təmin olunmalıdır.

Biz o ailələrə standartlarla, Mənzil Məcəlləsi ilə baxmalı deyilik.  Bu əlilliyin təyin edilməsində Avropa standartları ilə yanaşmaya bənzəyir. Bu yanaşma doğru deyil. Biz şəhid ailələrinə bir az da hansı  dəyər daşıyıcıları olmaları prizmasından yanaşsaq, o fərqi hiss edərik. Mənzil Məcəllsi özü də köhnəlmiş bir məcəllədir. Artıq ona da dəyişikliklər edilməlidir. Biz hamımız hər yerdə şəhid ailələrinin qarşısında baş əydiyimizi deyirik. Deyirik ki, şəhid ailəlləri hər şeyin ən yaxşısına layiqdirlər. Amma gəlin görək, biz onlar üçün ən yaxşısını edə bilirikmi? Biz o bir otağa Şəhid ailəsinin əlindən alınmış xoşbəxtliyini sığışdıra bilmərik. Bunu nəzərə almasaq, ona verdilən 1 otaqla onsuz da o ailənin mənzil problemi həll olunmayacaq.

Bilirsiz cənab Prezident bu istiqamətdə özünün münasibətini ortaya qoyur. Amma cəmiyyətdə onlara olan münasibət hər yerdə tələb olunan qaydada deyil. Sui-istifadə halları var. Cəmiyyətin bütün üzvləri bunu dərk etməlidir. Əgər yaşayırıqsa, nəfəs alırıqsa, əgər bu gün Qarabağa səfər edə biliriksə, bu gün mənim, onun övladı sağdırsa, rahat yaşayırsa, demək itirdiyimiz o kişilərə borcluyuq. Onlar hər birimiz üçün, vətən üçün öz xoşbəxtliklərini, həyatlarını qurban veriblər. Hamı Şəhidinə öz evinin itkisi kimi yanaşmalıdır. Nəsə etmək istəyəndə də onu elə təqdim etməliyik ki, onların qəlbi inciməsin. Biz onlara ən yaxşı həyat tərzini təmin etməyə çalışmalıyıq.

 

- Qazilərimizə əlilliyin dəyərləndirilməsi ilə bağlı dəfələrlə deyilən mövcud problemlər aradan qalxıbmı?

 

- Bu gün Qazilərin əlilliyinin dəyərləndirilməsi ilə bağlı problemlər qalır.  2700 qazinin əlilliyi bu iki il ərzində dəyərləndirilib və aidiyyatı qurumlara təqdim edilib. Burda da həllini gözləyən məsələlər var. Bu yaxınlarda mən bir qazi ilə görüşdüm.  O qazi uzun-uzadı müayinələrdən keçəndən sonra nəticədə  ona imtina qərarı verildi. Başa düşürük, deyirlər ki, əlillik xəstəliyin dərəcəsinə, meyyarlarına  görə verilməlidir.  Amma bilirsiz ki, elə insanlar var ki, onun sağlamlığının bərpa olunması qeyri-mümükündür.  Artıq müharibədən iki ilə yaxın vaxt keçib, bu insan sağalmaz xəsarət alıb, amma buna əlillik vermək üçün 6 ay da vaxtı uzadırlar.  Və ona deyilir ki, 6 aydan sonra təkrar müraciət et. Onsuz da bunlar müharibədə ağır yaralar alıblar, əlildirlər. Üstəlik də belə adamları get-gələ salmaqla, əlilliyini gecikdirdikcə aqressiyalarını daha da artırırıq. Axı “əlillik” gecikdikcə onların madi təminatı gecikir, onların  ev növbəsinə durmaları və sair, ümumən bütün proses gecikir. Qayğıdan diqqətdən kənarda qalırlar. Bu gün Yaşat fonduna və digər yerlərə müraciət edən şəxs qazi əlil deyilsə, onun müraciətinəə baxılmır. Ona dəstək olmur. Ona görə də bu əlillliyi ala bilməyənlər arasında narazılıq yaradır. Yaxud müayinələr uzanır. Hər gün “Vitek”in qabağına nə qədər insan toplanır. Hamısı da narazı, əsəbi.  Bunun bir yolu, həddi olmalıdır ki, bu insanlar rahatlıqla öz əlillik dərəcəsini ala bilsinlər.

 

- Sevinc xanım, Şəhid ailələri onların adlarının əbədiləşdirilməsi üçün qarşılarında bir “medal, orden” baryerinin dayandığını deyirlər. Medal, Orden almayan Şəhidin adına hər hansı bir küçə, məktəb verilə bilməz. Sizcə bu məsələyə necə yanaşılmalıdır?

 

-Siz yüngül dediniz. Medal bütün şəhidlərimizdə var. Allah hamısına rəhmət eləsin. Mən Şəhid adını heç bir medala, ordenə sığışdırmıram. Şəhidlik adı, bir medala, hər hansı bir təltifə sığacaq qəhrəmanlıq deyil. Baxın Türkiyədə şəhidlər arasında heç bir fərq yoxdur. Şəhid adı özü böyükdür.  Bizdə isə Şəhidin ordeni olmalıdır. Medal alana isə heç nə verilmir. Şəhidin, əgər ordeni varsa adı əbədiləşdirilir, o da uzun sürən mübarizədən sonra. bu halda onun adına məktəb verilə bilər, küçə verilə bilər. Bu da haqlı olaraq ailələr arasında qıcıq, narazılıq yaradır.  Çünki Şəhidlər arasında fərq qoyulur. Mən sizi inandırım ki,  6 ildir Raquf Orucovun adına nə bir küçə tini var, nə bir məktəb - heç bir şey yoxdur.  Çünki onun təltifi bəzi üzdəniraq Müdafi Nazirliyinin hazırda istefaya göndərilən şəxsləri tərəfindən təltif siyahısına salınmamışdı. Bu gün adının əbəiləşdirilməsində problemlər yaşayan ailələrdn biri də bizik.  Hələ də mübarizə  aparırıq. Belə faktlar çoxdur. Aprel şəhidlərinin ailələri, I Qarabağ savaşında şəhid olanların ailələri...  Deyim ki, ən aşağı təltif Aprel döyüşlərində olub. Hansı ki, birinci ilk müddafiə xəttini yaran o qəhrəmanlar olub. İlk zəfəri  ölkəyə bəxş edənlər o qəhrəmanları olub.  Amma gəlin araşdırın, sorğu verin görək onlar hansı medallarla təltif olunublar. Hətta onlara verilən medal, Müadafiə Nazirliyinin əmri ilə 3-cü dərəcədli medalıdır.  16 illik təcrübəsi olan XTD-nim giziinə Müdafi Nazirliyinin əmri ilə “3-cü dərəcəli hərbi xidmətlərə görə” medalı verilib.  O heç bir  əhəmiyyət daşımır. Belə faktlar, problemlər çoxdur. Biz bu narazılıqların hamısını ən yüksək kürsülərə çatdırırıq. Və deyirik ki, tədbirlər görülməli, narazılıqlar aradan qaldırılmalıdır. Belə davam edə bilməz. O ailənin yarasına məlhəm onun Şəhidinin adının anılmasıdır, adının əbədiləşdirilməsidir. Ən böyük təskinliyimiz odur. Bunu da hansısa üzdəniraq məmurun səhvi və kibirliyi üzündən əlimizdən alınırsa, demək nəsə düz getmir. /Həftə içi/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...