9 may Qələbə Günü bizə XATIRLATDI
Alp Arslan İmamqulu: “77 il sonra Ukraynada gedən müharibədə dünyaya bəyan oldu ki...”
Tarixi faktlara istinad etsək, 1939-cu il 1 sentyabrda başlayan 2 sentyabr 1945-ci il tarixində sona yetən II dünya müharibəsi 27 milyon insanın ölümünə səbəb oldu. Müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoydu. Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir".
9 May, 1945-ci il...
“Böyük Vətən Müharibəsi” kimi 77 il böyük şərəf və qürur hissi ilə qeyd etdiyimiz II dünya müharibəsinin 1941-1945 -ci il Vətən Müharibəsi parçasının şahidləri, qalib qəhrəmanları bu gün də qalır... Bu gün də müharibənin o ağrısı var...
Dünyanı dəyişdirmək, bölmək üçün başladılan müharibələrdə siyasətçilərin hansı oyunu qurmasından asılı olmayaraq sadə xalq bütün dünyaya sülh gətirmək, öz torpağını qorumaq üçün faşizmə qarşı mübarizədə atəşə atılmaqdan çəkinmədi.
“Vətən Uğrunda!” deyib, müharibəyə gedən,vuruşan qəhrəman oğul və qızlarımıza Allah rəhmət eləsin! 9 may Qələbəniz mübarək!
Dünya insanlığının zülmə, faşizmə, terrora qarşı əlinə silah aldığı tarixin bütün mərhələlərində “müharibəyə “YOX!” -dediyi hər zaman bir fakt olaraq ortada. Lakin bu da danılmaz faktdır ki, dünyanı yenidən bölmək, ondan bir parçalar qoparmaq istəyən güclər insanlığın müharibəyə “Yox!” deməsini öz maraqlarına qurban verib.
Bu gün dünya yenə müharibələrə şahidlik edir. Yenə dinc insanlar öldürülür. Vaxtilə “Vətən Müharibəsi” deyib, Hitler faşizminə qarşı sovet xalqlarını ayağa qaldıran Mərkəzi hökumətin lokomativi Rusiya özü vaxtilə “Böyük Sovet vətəni” üçün savaşan Ukraynaya qarşı müharibə aparır. Hələ ki, Rusiyaya qarşı sanksiyalar işləyir. Amma görünən odur ki, dünyanı bölmək istəyən güclər pusquda...
1941-45-ci il Vətən Müharibəsində qazanılan 9 may tarixi qələbədən 77 il sonra region və dünyada yaradılan müharibə ocaqları heç də birmənalı qarşılanmır. Böyük Vətən Müharibəsinə-9 may qələbəsinə Rusiya-Ukrayna müharibəsi, bu günün prizmasından baxanda vəziyyət nə dərəcədə oxşaq görünür?
“1945-ci il qələbəsinin gerçək varislərinin kim olmasının mahiyyəti 9 May 2022-ci ildə məlum oldu”
Hərbi-təhlilçi "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu Versus.az-a açıqlamasında məsələyə fərqli konteksdən yanaşıb.
Onun sözlərinə görə, 9 May, 1945-ci il qələbəsinin gerçək varislərinin kim olmasının mahiyyəti 9 May 2022-ci ildə Rusiyanın sabun köpüyü kimi dağılmış ordusunu gördükdən sonra məlum oldu.
A.A.İmamqulu hesab edir ki, Ukrayna müharibəsində saxtakar və faşist rus ordusu darmadağın oldu.
“Çünkü onun yanında milyonlarla döyüşçüsü olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Altay, Saxa, Tıva, Xakasiya, Taymır, Dağıstan, Çeçenistan və Krım türkləri yox idi. Bu dəfə qələbədən sonra saxtakarlıqlarla “Böyük vətən” adı altında işğal etdiyi torpaqlarda zəfər qazandırmış Həzi Aslanov kimi generalları öldürtmə, represiyalar və deportasiyalar etmə fürsəti olmayacaq”.
Hərbi təhlilçi bildirib ki, türklərin Rusiyaya qazandırdığı 1945-ci il şanı və şöhrəti 2022-ci ildə sarı qulaqlı rus əskərlərinə nəsib olmadı.
Bununla belə Alp Arslan İkinci dünya müharibəsində iştirak etmiş soydaşlarımızı rəhmətlə anıb. Onun sözlərinə görə, faşizmə qarşı vuruşan çox qəhrəmanlarımız “döyüş sahəsində faşizmə qurban getmiş” görüntüsü ilə Stalin xislətli cinayətkar rus komandirləri tərəfindən öldürülmüş, itkin düşmüşdü.
“Onların 1945-ci il 9 May qələbə günündə nə qədər payları olduğu 77 il sonra Ukraynada gedən müharibədə açıq -aydın dünyaya bəyan oldu. Hər birini rəhmətlə anırıq!”
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"