TIR sürücüsünün meyiti kabinədən tapıldı

10:40 12-05-2022 | icon 232 | Hadisə
TIR sürücüsünün meyiti kabinədən tapıldı

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində park halında TIR tipli qoşqulu yük avtomobilinin kabinəsində sürücünün meyiti aşkar edilib.

 

Artıq sükan arxasında ölən sürücünün adı məlum olub.

 

Lent.az-ın məlumatına görə, mayın 12-i saat 02:20-də yolun kənarında dayanan “Mercedes Axor” markalı yük avtomobilinin sürücüsü sükan arxasında qəflətən dünyasını dəyişib. 

 

Araşdırmalarla onun 65 yaşlı Əhmədov Nadir Vəliəhəd oğlu olması müəyyənləşib.

 

Məlum olub ki, N.Əhmədov sükan arxasında kəskin ürək çatışmazlığından vəfat edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər