MCP-dən əsgərə kitab bağışlama kampaniyasına START
12:16 12-05-2022
|
238 |
Cəmiyyət


Milli Cəbhə Partiyası (MCP) əsgələrə kitab bağışlama kampaniyasına start verib.
Versus.Az xəbər verir ki, bu barədə MCP-nin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd edilir ki, Müdafiə Nazirliyinin “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına qoşulan Milli Cəbhə Partiyası (MCP) bu gündən kampaniyaya start verdi.
Partiya üzvləri gətirdikləri kitabları partiya qərargahına təhvil verirlər. Toplanan kitablar daha sonra Müdafiə Nazirliyinə təqdim ediləcək.
Qeyd edək ki, aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə üstünlük verilməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.







PƏRİ
Versus.Az
Versus.Az

Xəbər lenti

Bu qaydalar sentyabr ayından qüvvəyə minəcək
Əsgərlərə pirsinq, rəngli saç və tatu icazəsi verildi