Çap məhsullarının ƏDV-dən azad edilməsinin mediaya TƏSİRİ

18:11 13-05-2022 | icon 549 | KİV
Çap məhsullarının ƏDV-dən azad edilməsinin mediaya TƏSİRİ

“Çap məhsullarının hazırlanması üçün lazım olan kağızın əlavə dəyər vergisindən azad edilməsi xüsusilə çap mediasının inkişafına müsbət impuls verəcək”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

 

O xatırladıb ki, bundan sonra kitab, jurnal və qəzet üçün lazım olan kağız 18 faiz əlavə dəyər vergisindən azad ediləcək:

 

“Bu məsələ dəfələrlə Medianın İnkişafı Agentliyində müzakirə olunub, müxtəlif çap mediası rəhbərlərinin və mətbuat yayımçılarının iştirakı ilə qaldırılıb. MEDİA bu məsələyə həssas yanaşıb, qaldırılan rəy və təkliflər tərəfimizdən təhlil olunub, yuxarı instansiyalara bildirilib.

Baş nazir tərəfindən siyahının təsdiq edilməsi o deməkdir ki, qəzet kağızı da ƏDV-dən azad olunub, bu, nəşriyyatların işinə müsbət təsir göstərəcək və çap mətbuatının maya dəyərinin, hesabat xərclərinin azalmasına gətirib çıxaracaq.

Bu, media islahatları çərçivəsində görülən silsilə tədbirlərdən biridir. Media subyektlərinin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində digər addımlarımız da olacaq”.

 

Qeyd edək ki, Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...