II Vətən Müharibəsində əldə olunmuş uğurların təməli və...

11:00 16-05-2022 | icon 1043 | Cəmiyyət
II Vətən Müharibəsində əldə olunmuş uğurların təməli və...

Alp Arslan İmamqulu: “Polkovnikin təyinatı Azərbaycanın bugünkü realığı müstəvisində mühüm addımlardan biridir”

 

“Bir çox NATO dövlətləri ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi ilə yanaşı, Gündüz Əbdülov bu gün Qərb təcrübələrinin Azərbaycana gətirilməsi, təhsil müəssisələrimizdə təhsilin güncləndirilməsi, tarixi keçmişimizə, bu günümüzə əsaslanaraq hərbi təhsilin gücləndirilməsi istiqamətində ciddi addımların atılmasında böyük rola malikdir. Bu mənada polkovnik Gündüz Əbdülovun Qarabağ Regional Təhsil İdarəsinə təyinatı çox uğurludur. Düşünürəm ki, bugünkü Azərbaycan reallığında gənclərimizin çağrışa qədərki hərbi hazırlığının önəmini nəzarə alsaq, məhz ehtiyyatda olan polkovnikin Qarabağ Təhsil İdarəsinə təyin olunması uğurlu islahatların aparılmasını da şərtləndirən faktor olacaq”.

 

Bunu Versus.az-a hərbi analitik "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu polkovnik Gündüz Əbdülovun Qarabağ Regional Təhsil İdarəsinə təyinatının əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

Yeni təyinat alan polkovnikin keçdiyi yola diqqət çəkən A.A.İmamqulu qeyd edib ki, əslən Şuşadan olan Gündüz Əbdülov Türkiyə Milli Müdafiə Universitetinin sistem mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb:

 

“Gündüz Əbdülov sonra Amerika Birləşmiş Ştatlarının Komanda Qərargah Akademiyasında operativ və strateji səviyyələrdə idarəetmə təhsili alıb. Uzun müddət Brüsseldə NATO-nun Baş Qərargahında Azərbaycanı müvəffəqiyyətlə təmsil edib. Torpaqlarımızın işğalda olduğu dövrdə Gündüz Əbdülov Beyləqan və Ağdamda ön xətdə xidmət edib.

Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin müavini olarkən inkişaf etmiş dövlətlərlə hərbi təhsil sahəsində əlaqələrin gücləndirilməsi ilə müasir standartlara uyğun kadrların yetişdirilməsinə töhfə verib. Bunlardan başqa, polkovnik Əbdülov zabit kimi aprel döyüşlərinin, TƏBİB-in aparat rəhbəri kimi isə vətən müharibəsinin iştirakçısı olub”.

 

 

A.A.İmamqulu sözügüdən təyinatın əhəmiyyətini qeyd edərkən bildirib ki, G.Əbdülovun 9 il Türkiyədə hərbi təhsil alması və uzun müddət ABŞ strateji idarəetmə sahəsində təhsilə yiyələnməsi və bir sıra Qərb məktəblərində təhsil alması onun beynəlxalq təhsil sistemində ciddi bir təcrübəyə malik olduğunu göstərir. O, G.Əbdülovun beynəlxalq rakusda aldığı təhsilin mülki, yaxud hərbi sahələri əhatə etməsindən asılı olmayaraq qazandığı bilik və təcrübəni xüsusi faktor kimi qeyd edib.

 

Hərbi təhlilçi Azərbaycanın bugünkü realığı müstəvisində təhsil - hərbi təhsilə ciddi yanaşmanın, diqqətin artırılmasını, vətənə, millətə, dövlətə bağlılığın daha da gücləndirilməsini tələb olunan ən mühüm addımlardan biri kimi dəyərləndirib. Onun sözlərinə görə G.Əbdülov hərbi təhsildə əldə etdiyi uğurları ilə bir çox məziyyətləri özündə cəmləməklə yanaşı daha əvvəlki xidmət yerlərində, xüsusən də Müdafiə Nazirliyində müavin vəzifəsində çalışdığı dövrdə bir çox dövlətlərlə əlaqələrin gücləndirilməsi, təhsil sahəsinə diqqətin artırılması, mütəxəsislərin yetişdirilməsində ciddi rola malikdir.

 

Onun fikrincə, məhz II Vətən Müharibəsində əldə olunmuş uğurların təməlində yeni yetişmiş kadrların yüksək texnologiyalardan istifadə edə bilməsi və qabiliyətlərinin olması əsas meyyarlardan biri idi. Məhz polkovnik G.Əbdülov Müdafiə Nazirliyində Beynəlxqlq Əməkdaşlıq İdarəsinin müavini vəzifəsində olarkən bu sahədə ciddi töhfələr verib.

 

“Bu mənada hesab edirəm ki, Qarabağ Regional Təhsil İdarəsinə ehtiyatda olan polkovnik Gündüz Əbdülovun rəhbər vəzifəyə təyin olunması dövlətimiz adına uğurlu bir addımdır. Belə vətənpərvər, dürüst və vicdanlı yeni kadrların iş başında olması dostlarımıza güvən, düşmənlərimizə göz dağıdır. Polkovnik Gündüz Əbdülova yeni vəzifəsində uğurlar diləyirik!”- deyə, A.A.imamqulu bildirib.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...